Sözün. nəfəsi ilə yaşayan insan, sənin qəlbinin hər döyüntüsündə poeziyanın işığı var. Sən elm ilə şeiri qardaş etdin, bilik ilə duyğunu birləşdirdin
Ad günün bu güngür, amma əslində hər günün bir şeir misrası kimidir — qəlbində gül-çiçək açır, ümid boylanır, dostluq kök atır.

Sənin yoluna Tanrı nur səpsin, çünki sən sözün haqqına sadiq qaldın, həyatın içində səmimiyyətin dastanını yazdın.
Ətrafında həmişə dəyərli dostlar, ürəyində əbədi yaradıcılıq işığı olsun.
Hər səhər sənin üçün yeni bir şeir açsın, hər axşam elm kimi dərin bir hikmətlə tamam olsun.
Sən hər gününü şeirə çevirən,dostluğa, elmə və insanlığa şərəf verən insan.
Ad günün mübarək, Bilal müəllim —söz adamı, könül insanı!
08.09.2025-ci il
















