SON DƏQİQƏ! Rusiya gəmisi  batmaq üzrədir

SON DƏQİQƏ! Rusiya gəmisi  batmaq üzrədir

Qara dənizdə Rusiyaya məxsus bir gəmidə partlayış baş verib.

Müstəqil.Az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul boğazının girişinə yaxın bir mövqedə, Qara dəniz sularında səfərdə olan “KAIROS” adlı xam neft tankerində güclü partlayış olub. Partlayışdan sonra sözügedən tankerdə yanğın başlayıb.

Hazırda tankerdəki 25 nəfərlik heyətin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Hadisənin Kocaeli vilayəti yaxınlığında baş verdiyi bildirilir. Kocaeli valiliyi hadisə yerinə aidiyyəti qurumların əməkdaşlarının cəlb edildiyini və lazımi müdaxilələrin davam etdiyini açıqlayıb.

“Yanğının səbəbi ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Lakin 25 nəfərlik heyətin hamısı sahil mühafizə və dəniz təhlükəsizliyi briqadaları tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib. Əldə etdiyimiz ilkin məlumatlara görə, heyətin vəziyyəti yaxşıdır və hər hansı xəsarət faktı qeydə alınmayıb”, – Kocaeli valisi İlhami Aktaş bildirib. O həmçinin yanğının davam etdiyini deyib. Türkiyə Dənizçilik İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.

Müstəıqil.Az

Share: