Olur
Belə daha rahatdır, belə daha bəsitdir,
Ağrıların içindən üzüb də çıxmaq olur.
Bir ağ rəngli kağızdır, bir ağ tüstü, bir vərəq,
Dərdi dərin badəyə süzüb də çıxmaq olur..
.
Başım üstə çağlayır bir qaraca bulud gəl..
Səbr kasam çatlayır, yaxşı olsun unut gəl.
Ağrın alım , gözünü bir dəfəlik qurut gəl-
Başqa nəyə deyirsən dözüb də çıxmaq olur..
.
Nə tez ötdü aradan həftə yeli, an yeli.
Əllərinin ətridir göz yaşımın qan yeli.
Ölüm təkcə əcəllə olmayır ki, dan yerim,
Bu dünyadan əcəlsiz bezib də çıxmaq olur…
Necə sevindirdiz, bilin, Sevinci
Tufanli havada, boranlı qısda,
Şehlənsə bilinər gülün sevinci.
Kicicik namədə, böyük ümidlə,
Necə sevindirdiz, bilin, Sevinci.
.
Çay dasdan süzülüb birləşsə dagla,
Qarşısı alınmaz hasarla, bagla.
Ha çarpış, ha toqquş, yolunu bagla,
Nə olsa aşarmış selin sevinci.
.
Bahar arzusunu nurlu urəklə,
Çatdirar hər yana xoş bir küləklə.
Dillənsə bir arzu təmiz diləklə,
Ürəkdən dasarmş dilin sevinci.
Təkliyimin yiyəsi
Məni çox incidirdi
Ağrıların tiyəsi
Nə yaxşı varsan, var ol,
Təkliyimin yiyəsi..
.
Gözlərimdə dəli eşq
Könlümdə bir vətənsən..
Nə yaddan çıxardılan,
Nə unutsam bitənsən..
.
Ağrılarım içimdə
Ağac-ağac bitəndir.
Səni sevən bu qadın
özü də bir anadır,
Ana da bir vətəndir..
.
Darıxma orda çox da,
Çox da canını sıxma.
“Heç”-ə , “olmaz”-a baxma.
Gün gələr ulduzların
Yerin dəyişdirərik..
Bəlkə bütün dünyanı
Eşqə birləşdirərik..
















