Sevil İSAYEVA Əlövsət TahirliNİN ŞEİRİ HAQDA

Sevil İSAYEVA Əlövsət TahirliNİN ŞEİRİ HAQDA

Əlövsət Tahirli

Adam qəhətə çıxıb

Əvvəllər basqa idi,
hər yerdə nizam vardı,
Son zaman küçələr də,
paltarlar kimi dardı.

Dağ boyda adamları,
ehtiyac yerə yıxıb,
İnsanlar çoxaldıqca,
adam qəhətə çıxıb,

Dadı qaçıbdır sözün,
ceynəyib udmaq olmur,
O qədər ac adam var,
heç kimin qarnı dolmur.

Mülkədar da, məmur da,
xalq malını talayır,
Rəiyyət it günündə,
Baxıb ovcun yalayır.

Deməyin haa, demədim,
yazdım, hamı oxusun,
Əlövsət nağıl etdi,
ac toyuğun yuxusun.

Bəlkə, yüz minlərlə oxucunun tuşladığı oxu elə hədəfə vurdunuz ki, ay Əlövsət müəllim, küçələri daraldanların narahat olacağına ümid etmək olar, amma libaslarını günbəgün daraldanların utanacağına heç inanmağımız gəlmir.

Xalq malını tanıyanların adam olmayacağı bir ayrı məsələ…
Sizin kimi şərəfli kişinin isə ictimai qınağı dəyərlidir, lazımlıdır, vacibdir.
Əvvəllər …əvvəllər…əvvəllər…
Həsədin, həsrətin iki dodaq arasından ahla çıxardığı söz…Əvvəllər…
Əlövsət müəllim, hər sözün dadı qaçmaz!Nəticə götürəcək sözlər qiymətlidir hər zaman…
Oxuduğum ad: Adam qəhətə çıxıb– kinayə də var, bəlkə, sarkazm da var, həqiqət də var, düşündürən o qədər güclü məqam da var ki…
Hər kəsin sözü onun mənliyi qədər qiymətlidir. Deməli,o barədən xoşbəxtsiniz.
Ac toyuğun yuxusuna darı girər, ay Əlövsət müəllim.
Folklor ədəbiyyatından nümunə ilə tamamladığınız şeirlə çox dediniz. Əxlaqdan da dediniz, güzarandan da yazdınız, ciddi mətləblərə də toxundunuz. Adamlar deyəcək ki, dedi, yaman dedi Əlövsət….

Sevil İsayeva Azadqızı

 

Share: