
Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Abşeron rayon prokurorluğundan -ya verilən məlumata görə, yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
***
15.55
Saray qəsəbəsində 35 yaşlı kişinin qətlinə görə cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.
xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Araşdırma aparılır.
***
15.46
Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən -ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
















