10 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Film Fondunda şair-publisist Aysel Fikrətin 50 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirdə tanınmış ziyalılar, şairlər, sənət adamları və ədəbiyyatsevərlər iştirak ediblər. İlk öncə yubilyarın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
İlk olaraq çıxış üçün edən Xalq şairi Sabir Rüstəmxanlı səhnəyə dəvət olunub. Xalq şairi Aysel Fikrətin ədəbi kökləri və yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb Onun mədəniyyət və incəsənət aləmində rolundan bəhs edib. Onun Poetik düşüncələrində qadın mövzusuna öz yanaşmasını bildirib. Şairin atası Fikrət Sadığı yada salaraq Aysel Fikrətin layiqli davamçı olduğunu dilə gətirib.
Azərbaycan Yazıçılar Birliyinin poeziya seksiyasının və Əli Kərim adına Poeziya Evinin rəhbəri, şair İbrahim İlyaslı öz çıxışında Aysel Fikrətin çağdaş Azərbaycan ədəbiyyatında qadın şairlər arasında özünəməxsus dəst-xətti və yaradıcılıq yolu ilə seçildiyini vurğulayıb.
Çıxış edənlər sırasında şairlər Mahcamal Babayeva, Ayaz Arabaçı, Xalq artisti Xalidə Quliyeva, kulturologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Hicran Sadıqzadə, Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə,konservatoriya nəzdində İncəsənət gimna, ıyasınlm Həmkarlar təşkilatının sədri, Sevda Əfsər, gənc tamaşaçılar teatrının aktrisası Zemfira Əbdülsəmədova, “Mütərcim” nəşriyyatının əməkdaşı Rüfət Vahidov, şair-publisist Anar Məmmədov, Aysel Xanlarqızı yubilyarın çoxşaxəli yaradıcılıq fəaliyyətindən bəhs ediblər.
Şeir nümunələri ilə davam edən tədbirdə yubilyara
Elm və Təhsil İşçiləri həmkarlar ittifaqının respublika komyosıi tərəfindən və İncəsənət Gimnaziyası tərəfindən Fəxri fərmanlar təqdim olunub.
Ailə adından çıxış edən şairin qardaşı Orxan Fikrətoğlu bacısını təbrik edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Gecənin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri Azər Çələbi, Ramil Abbasov və Nərmin Mirzəyevanın ifasında musiqi nömrələri təqdim olunub.
Qiraətçilər — Gənc Tamaşaçılar Teatrının aktrisası Zenfira Əbdülsəmədova, Bələdiyyə Teatrının aktrisası Günel Həmidova, Yuğ Teatrının aktrisası Nata Uğurlu, radioaparıcı-qiraətçi Müşfiqə Baləddinqızı, Bəhiyyə Nağıyeva, İsmayıl Etibarlı və Afaq Muradı tərəfindən şeir nümunələri səsləndirilib.
Tədbirdə incəsənət xadimləri, ədəbiyyat və mədəniyyət ictimaiyyəti geniş tərkibdə iştirak edib.
Qonaqlar arasında yazıçılar Zahid Sarıtorpaq,Bəsti Əlibəyli, Kənan Hacı, Azər Qismət, jurnalist Əntiqə Qonaq, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Nəzakət Məmmədova,Zöhrə Kərimova eləcə də şairlər Ayaz Arabaçı,Dayandur Sevgin, Qabil Nəbi, Qəhrəman Kamiloğlu, Mahcamal Babayeva, Sevil Ülvi, Elməddin Həbiboğlu, Murad Ərturan, Süleyman Abdulla, Ülviyyə Əbülfəzqızı, Zeynəb Cəmaləddinqızı və digər ədəbi ictimaiyyət nümayəndələri yer alıblar.
Yubiley gecəsi çərçivəsində Aysel Fikrətin yeni çap olunmuş “50 şeir” kitabının təqdimatı da keçirilib.
Sonda çıxış edən Aysel Fikrət tədbirin yüksək səviyyədə təşkilinə görə “Zərif kölgələr” yaradıcılıq klubunun rəhbəri Aysel Nəsirzadə və Həmidə Yaqubovaya təşəkkürünü bildirib.
Gecə xoş təəssüratlarla başa çatıb.























