“TÜRKÜN SARSILMAZ RUHU” ŞEİR MÜSABİQƏSİ
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunur.
“Söz körpüsü” layihəsi çərçivəsində, Yunus Emre İnstitutu və “Mücrü” nəşriyyatının təşkilati dəstəyi ilə tələbələr arasında Türkçülük vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan edilir!
🎯 *Məqsəd:*
Tələbələr arasında türkçülük ideyalarını, milli ruhu və vətənpərvərlik duyğularını ədəbiyyat vasitəsilə təbliğ etmək;
Xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq.
👥 İştirak şərtləri:
Müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edə bilər;
Hər iştirakçı müsabiqəyə yalnız bir şeir təqdim edə bilər.
📝 Mövzular:
Türkçülük və Azərbaycançılıq;
Vətən və Turan idealları;
📋 Texniki tələblər:
Şeir orijinal olmalı və əvvəllər heç bir yerdə (sosial şəbəkələr daxil olmaqla) dərc edilməməlidir;
Əsərlər Azərbaycan dilində təqdim olunmalıdır;
Mətnlə birlikdə müəllifin adı, soyadı və təhsil aldığı müəssisə qeyd edilməlidir.
Plagiat halları qəti qadağandır və aşkarlandığı təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaqdır.
📩 Qəbul qaydası:
Şeirlər [email protected] e-poçt ünvanına göndərilməlidir;
Məktubun “Mövzu” (Subject) hissəsində “Türkün sarsılmaz ruhu” yazılmalıdır;
Son müraciət tarixi: 10 aprel 2026-cı il.
🏆 Mükafatlandırma:
I, II və III yerin qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq;
Seçilmiş ən yaxşı şeirlər Sabir Rüstəmxanlının yubiley tədbirində səsləndiriləcək və xüsusi nəşrdə dərc ediləcəkdir.
Təşkilatçı: “Söz körpüsü” layihəsi
Təşkilati dəstək: Bakı Yunus Emre İnstitutu, “Mücrü” nəşriyyatı




















