Səni unutmağım üçün, Çayın kənarında dayanmamalı, Dalğaları gözləməməli, Ayı qucaqlamamalıyam…-Fəridə ƏFRUZ:

Səni unutmağım üçün, Çayın kənarında dayanmamalı, Dalğaları gözləməməli, Ayı qucaqlamamalıyam…-Fəridə ƏFRUZ:

Səni unutmağım üçün

Səni unutmağım üçün
Gözümü unutmalıyam,
Sözümü, özümü unutmalıyam.
Çayın kənarında dayanmamalı,
Dalğaları gözləməməli,
Ayı qucaqlamamalıyam…

Unutsam,
Baharda çiçəyi,
Yayda yağışı,
Payızda xəzəli,
Qışda qarı,
Qar üstündə
basılmış izləri unutmalıyam…

Səni unutmağım üçün
Saçlarımı oxşayan küləyi,
Dodaqlara toxunan barmağı,
Gözləri dörd olan cığırı unutmalıyam…

Unutsam,
İtdən vəfanı,
Bülbüldən nəvanı,
Ağrını, titrəyişi, iniltini,
Cəfanı unutmalıyam…

Səni unutmağım üçün
Zülmü, zalımı,
Zənciri unutmalıyam.
Sinəmə sancılan xəncəri ,
Həsrəti unutmalıyam.

Unutsam,
Üsyanı, imkanı,
Qulluğu,
Göydə ay kimi tənliyi unutmalıyam…

Gəl, ey mənim mənsizim

Günlər də əziz nemət,
Qar əriyib bitməkdə.
Gəlsə bahar – əmanət,
Keçsə ömür – getməkdə ,
Gəl, ey mənim mənsizim.

Səbir alma çiçəklər,
Pişsə, dilini yarar.
Daş qəlbə yol tapınca,
Alınlar da qanayar,
Gəl, ey mənim mənsizim.

Bu necə qərib bazar,
Bağlıdı yolum yox.
Ağlayarsam çıxar can,
Çağırmaya dilim yox ,
Gəl, ey mənim mənsizim.

Hər sübh yenə çiçək açar,
Şimşək vurmuş xatirəm.
Adı var, özü yoxdur,
Nağıldakı bahadırım,
Gəl, ey mənim mənsizim.

Dünya özü su çarxı,
Tanısa ,özündən donar da.
Səni verib Xudayım,
Alsa, canım alar da .
Gəl, ey mənim mənsizim.

Fəridə ƏFRUZ,
şairə, tərcüməçi
Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi,
Özbəkistan Yazarlar Birliyi sədrinin müavini.

Tərcümə:Cahangir NAMAZOV

Share: