Şəfiqə TAHİROVA: Sən bizim üçün yalnız bir kapitan deyil, həm də gürur mənbəyimizsən…

Şəfiqə TAHİROVA: Sən bizim üçün yalnız bir kapitan deyil, həm də gürur mənbəyimizsən…

Müstəqil.Az tanınmış elm adamı, Pedaqogika üzrə fəlsəfə doktoru Şəfiqə xanım Tahirovanın ömür gün yoldaşı, təcrübəli və peşəkar, uzaq səfərlər kapitanı, Azərbaycan dənizçisi adını ölkəmizin hüdudlarından çox-çox uzaqlarda ləyaqətlə təmsil edən Nazim Həbibovun doğum gününə yazdığı təbriki təqdim edir:

“Ad günün mübarək!
Doğum günü insanın dünyaya gəldiyi günün adi günlərdən fərqli, daha mənalı və daha səmimi şəkildə qeyd edilməsidir.Onu fərqləndirən əsas cəhət hər kəsin bu gunü sevinc, xoş duyğular və ürəkdən gələn arzularla qarşılamasıdır.
Doğum günü həm də insanın keçdiyi həyat yoluna yenidən nəzər salmaq, görülən işləri dəyərləndirmək və gələcək üçün xoş ümidlər diləmək imkanı yaradır.
Mənim də bu sətirləri yazmaqda məqsədim Səni- ailəmizin başçısını- dəyərləndirmək, həyatımızdakı yerini bir daha vurğulamaq və gələcək ömründə Sənə sağlamlıq, xoşbəxtlik və uğurlar arzulamaqdır.
Sən yalnız dənizlərin əsl kapitanı deyilsən, həm də ailəmizin etibarlı dayağı, həyatımızın fırtınasız limanısan.Sənin peşəkar fəaliyyətinlə ailə dəyərlərini ahəngdar şəkildə birləşdirməyin qürur doğurur. Güclü iradən, məsuliyyət hissin və həyat təcrübən ailəmiz üçün hər zaman örnək olub.
Deyirlər ki, insanın əməli onun həyatının güzgüsüdür.
Hər kəs Tanrının bəxş etdiyi ömrü öz anlayışı və vicdanı ilə yaşayır: kimisi ailəsinin, nəslinin, elinin, vətəninin yükunü şərəflə daşıyır, kimisi isə başqalarına yük olur. Sən isə hər zaman birincilərdən oldun- məsuliyyəti oz üzərinə götürən, ailəsinin arxasında dağ kimi dayanan, sözünə və əməlinə sədaqətli olanlardan.
Bu əziz gündə Sənə can sağlığı, uzun və bərəkətli ömür, uğurlu səfərlər və daim açıq üfüqlər arzulayıram. Hər gunün dəniz kimi geniş və sakit, hər uğurun ulduz kimi parlaq olsun.
Sən bizim üçün yalnız bir kapitan deyil, həm də gürur mənbəyimiz, güvən yerimiz və sevgimizin ünvanısan.

Şəfiqə Tahirova

Pedaqogika üzrə fəlsəfə doktoru

Share: