Türk Mənşəli Bir Kökün Tarixi və Dil İçindəki İnkişafı:
Giriş
Azərbaycan türkcəsində və ümumilikdə Türk dillərində “səng” kəlməsi uzun illərdir ki, etimoloji baxımdan mübahisə mövzusu olmuşdur. Bir çox lüğət və araşdırmalarda bu sözün fars mənşəli olduğu iddia edilsə də, ətraflı türkologiya təhlilləri bunun əksini sübut edir. Bu məqalədə “səng” kəlməsinin kökü, etimologiyası və Türk dillərindəki törəmələri elmi şəkildə təhlil ediləcək. Araşdırma tamamilə türkologiya xətti ilə qurulub və fars “sang” (daş) etimologiyasından ayrı, müstəqil bir Türkcə kökün olduğunu göstərir. Qədim Türk mətnlərindən (Orxon-Yenisey yazıları, Divanü Lüğat-it-Türk) başlayaraq proto-Türk, Orta Türk, Sibir Türk dilləri və Oğuz-Qıpçaq qollarındakı izlərə qədər bütün sübutlar təqdim ediləcək. Bu yanaşma sözün farscadan deyil, əksinə, Türk dillərindən qaynaqlanaraq farscaya keçmiş ola biləcəyini vurğulayır.
Məqalənin əsas məqsədi “səng” kəlməsinin struktur, fonetik və semantik xüsusiyyətlərini təhlil edərək onun Türkcə mənşəyini elmi cəhətdən sübut etməkdir. Bu, Azərbaycan türkcəsinin leksikologiyası üçün vacib bir töhfədir və dil tarixində yanlış anlaşılmaları aradan qaldırmağa kömək edəcək.
1. “Səng / Süng” Kökünün Qədim Türkcə Mənşəyi
“Səng” kəlməsinin kökü qədim Türk dillərində “səng / seng / sing / süng” şəklində keçir və əsas mənaları “dayanmaq, durmaq, sakitləşmək, zəifləmək, seyrəlmək” kimi görünür. Bu kök tamamilə Türkcə semantikaya uyğundur və fars “sang” (daş) ilə heç bir əlaqəsi yoxdur. Məsələn:
Səngimək: Zəifləmək, dayanmaq, azalmaq mənasında işlənir. Cümlə nümunəsi: “İşim səngidi” (iş azaldı, temp düşdü).
Və ya, Azərbaycan Türkcəsində “Ağır-səngin olmaq” ifadəsi isə davranışda ölçülü, nəzərəçarpan, “ədəbli və ağıllı” olmaq mənasına gəlir. Bu, “səngin/səng” sözünün semantik dərinliyini və Türkcə köklü geniş istifadəsini göstərir.
Bu semantika fars dilində mövcud deyil və Türkcənin daxili inkişafını əks etdirir.
Bu kök proto-Türk dövrünə qədər uzanır və rekonstruksiyada *seŋ / *saŋ / *suŋ şəklində bərpa edilir. İki fundamental semantik xətt yaranır:
Suŋ / süŋ: “Uc, çıxıntı, nizə ucu” mənaları (süngü: nizə, süngə çıxmaq: qədim Tütkcədə hücuma keçmək anlamına gəlir ancaq indiki Azərbaycan dilində bir deyimdir yani sümüyə çıxmaqdan, əli boş. Olmaqdan kənayə, indiki Türkməncədə süng sümük deməkdir).
Seŋ / səŋ: “Dayanmaq, durmaq, yavaşımaq” mənaları (səngimək, səngin, səngər).
Türk dillərində ön-arxa ahəng dəyişməsi (ə > ü) çox yaygındır və bu keçid fonetik olaraq tam mümkündür: s → sə → səŋ → süŋ → süng.
2. Türkcə Şəkilçilərlə Formalaşmış Törəmələr
Türkcənin söz yaradıcılığı mexanizmləri “səng” kökündən bir çox törəmə əmələ gətirmişdir. Bu mexanizmlər fars dilində yoxdur və kökün Türkcə mənşəyini sübut edir.
Səng + gin → Səngin: -Gin / -gən / -kün şəkilçisi genişlik və keyfiyyət bildirir. Misal: en + gin → engin (geniş). Eyni modeldə səng + gin → səngin (zəifləmiş, seyrəkləşmiş, sakin). Fonetik olaraq iki “g” yanaşı gəldikdə biri düşür. B
Türkcənin “gin” şəkilçisini Fars dilində işlənilən çoxlu kəlmələrdə görmək olar, misal olaraq: “qəmgin”, “Səhmgin(Qorxunc)”, “Nəngin”, ki bunlar da bənzət strukturda qurulubdur
Səng+sar→səngsar: Burada “-sar” şəkilçisi Türkcədən qaynaqlanır və “sarmaq” (sarmaq, əhatə etmək) felindən törənib. Mənası: Daşla əhatə etmək, ətrafını daşla doldurmaq. Bu, fars dilindəki “kohsar” (کوهسار, dağla əhatə olunmuş yer) və “gülzar” (گلزار, güllərlə əhatə olunmuş yer) kimi sözlərdə də görünür, ki burada “-sar” fars dilində “-zar” şəklində dəyişib, lakin semantikası dəyişməz qalıb.
Səng + ər → Səngər: -Ər şəkilçisi yer və məkan bildirir. Misallar: quş + ar → quşar (qədim cəm), bat + ar → bataq yer. Səngər: Sığınacaq, dayanıqlı yer, müdafiə yeri. Semantika “dayaq, dayanılan yer” kimi Türkcəyə uyğundur.və bu, fars dilindəki bir çox şəkilçinin Türkcədən alınmasını göstərir.
Süng / Süngü: Süng + ü (isimləşdirici şəkilçi: oxu, içi). Mənası: Sivri uc, ox ucu, hücum aləti. “Süngə çıxmaq”: Hücuma keçmək, çıxış etmək.
3. Qədim Mətnlərdə Sübutlar: Orxon-Yenisey və Divanü Lüğat-it-Türk
Kökün qədimliyini sübut edən ən güclü dəlillər qədim Türk mətnlərindədir.
Orxon-Yenisey Yazıları: “Süŋ” (𐰾𐰆𐰣) iti uclu nizə ucu mənasında keçir. Misal: Kül Tigin kitabəsi – “süŋ kötrülti” (nizə ucaltdı, döyüşə başladı). “Süŋü / Süngü”: Nizə ucu, bıçaq ucu.
Divanü Lüğat-it-Türk (XI əsr, Mahmud Kaşğari): “Səŋi-” azalmaq, durğunlaşmaq; “Səŋidi” azaldı, ləngidi; “Səŋgin” ağırlaşmış, durğun. Bu formalar müasir Azərbaycan türkcəsi ilə eynidir.
XVIII əsrdə Mirzə Mehdi Xan Estrabadi tərəfindən yazılmış “Sənglax” kitabı da bu kökün Türkcədəki istifadəsini təsdiqləyir. Göründüyü kimi kitabın adında belə “Səng+laq” Türkcə şəkilçi ilə birləşmiş. Bu kitab Türkcə (xüsusilə Çağatay Türkcəsi) lüğəti və qrammatikasıdır və Türk dillərindəki leksik zənginliyi göstərir
Semantik əlaqə: “Süŋ” ucalmaq, yüksəlmək; “Səŋ” dayanmaq, yavaşlama – eyni kökün iki qolu.
4. Türk Dilləri Qollarında İzlər
Kökün yayılması bütün Türk dillərində izlənilir, bu da onun proto-Türk mənşəyini təsdiqləyir.
Sibir Türk Dilləri: Yakut: suŋ (çıxıntı), seŋ- (zəifləmək). Tuva: suŋ (iti uclu dağ), seŋi- (dayanmaq). Xakas: süŋ (nizə ucu), seŋ- (zəifləmək). Altay: süŋ (iti çıxıntı), seŋi- (durmaq).
Qıpçaq Dilləri: Qazax: suñ (iti uc), señ- (sakitləşmək). Qırğız: suŋ (iti uc), seŋ- (seyrəlmək). Tatar: soñ (çıxıntı), seŋ- (ləngimək).
Oğuz Qolu: Azərbaycan: səngimək, səngin, səngər, süngü. Türkiyə: süngü, seğinmek (yavaşımaq). Türkmən: siň (zəifləmək), süňk (sümük, bərk çıxıntı).
5. Farscaya Keçid və Yanlış Etimologiyalar
Tarixi olaraq, bir çox Türk termini (xüsusilə hərbi) farscaya keçmişdir. “Səng” də belə ola bilər, amma farsca “sang” (daş) mənası sonradan sabitləşmişdir. Fars dilində bu kökün fel və törəmə mexanizmi yoxdur, bu da onun Türkcə mənşəyini təsdiqləyir.
Nəticə
“Səng / səŋ / süŋ” kökü proto-Türk mənşəlidir və bütün Türk dillərində izləri var. Törəmələr (səngimək, səngin, səngər, səngsar, süngü) tam Türk morfologiyası ilə qurulubdur. Əlavə sübutlar və tarixi nümunələr göstərir ki, bəzi Farsca variantlar da Türkcədən keçmişdir. Bu araşdırma Azərbaycan türkcəsinin zənginliyini vurğulayır və dil tarixində yeni baxışlar təklif edir.
Qaynaqlar (APA Formatında)
Clauson, G. (1972). An etymological dictionary of pre-thirteenth-century Turkish. Oxford University Press.
Doerfer, G. (1963–1975). Türkische und mongolische Elemente im Neupersischen (Vols. 1–4). Franz Steiner Verlag.
Sevortyan, E. V. (1974–2000). Etimologiçeskiy slovar tyurkskih yazykov. Nauka.
Baskakov, N. A. (1969). Vvedenie v izučenie tjurkskih jazykov. Nauka.
Korkmaz, Z. (2005). Türk dilinin etimolojik sözlüğü. Türk Dil Kurumu Yayınları.
Johanson, L., & Csató, É. Á. (Eds.). (1998). The Turkic languages. Routledge.
Azerbaijani Dialect Corpus. (1950–2020). Şimal və Cənub bölgələri dialekt materialları. Azərbaycan Dillər İnstitutu Arxivi.
Mahmud al-Kashgari. (11th century/1939–1941). Dīwān Lughāt at-Turk (B. Atalay, Trans.). Türk Dil Kurumu Yayınları.
Róna-Tas, A. (1994). Turkic influence on the Persian lexicon. Budapest Oriental Studies, 12(3), 45–78.
Əhmədova, S. (2018). Azərbaycan türkcəsində arxaik sözlər və dialekt variansları. Bakı Universiteti Nəşri.
Xosrov Barışan
(Təbriz)
















