Şəhidlərimizin zəfər dərsi

Şəhidlərimizin zəfər dərsi

18 yanvar 2025-ci ildə S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq bölməsi və Anar Şükürov adına 25 nömrəli məktəb adını daşıdığı Vətən Müharibəsi Qəhrəmanı,şəhid polkovnik-leytenant Anar Şükürovun doğum günü konteksində 20 Yanvar gününə həsr edilən” Şəhidlərimizin zəfər dərsi “ adlı ədəbi-bədii gecə məktəbin akt zalında gerçəkləşib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.25 nömrəli məktəbin şagirdlərinin şəhidlərə həsr olunmuş ədəbi kompozisiyası təqdim olundu.Məktəbin kiçik yaşlı şagirdləri tərəfindən Anarın ailəsinə ünvanlanan təsirli notlar üzərində edilən məruzə çox duyğusal qarşılandı.Məktəbin direktoru Ayna Fleydanlı milli mücadilə tarixinə qısa ekskurs etdi, Şəhidlik məqamının ucalığındandanışdı, bu gün hər bir şagirdin qərəmanlıq ruhunda tərbiyə olunduğunu bildirdi.Sonra Zəfər dərsini idarə etmək üçün yazıçı- dramaturq, kulturoloq Hafiz Ataxanlını tribunuya dəvət etdi.
Moderator Hafiz Ataxanlı öncə hər kəsi monitoru izləməyə dəvət etdi.
İki il öncə Şəhidin sinif yoldaşı , Sumqayıt MKS-nin uşaq bölməsinin müdiri Yeganə Hüseynovanın təşəbbüsü ilə təşkil olunmuş “ Anarsız keçən dərs” videoçarxı izlənildi.
Sumqayıt İcra hakimiyyətinin məsul işçisi Zaur Süleymanlı, Anar Şükürovun müəllimləri Nazim Abasov, Cavanşir İsmayılov, Sona Quliyeva, Əntiqə Allahverdiyeva, şəhidin qohumu elmlər namizədi, professor Çingiz İbrahimli çıxış edərək məktəb illərini yada saldılar.Qeyd olundu ki, Anar dərslərindən hər zaman yüksək nəticə göstərib, riyazi təfəkkürü güclü olub, dostluqda sədaqəti ilə seçilib, amma Vətən sevgisi onun yolunu Hərbi Akademiyadan salıb.
Şəhidin anası, Sumqayıtın tanınmış pedaqoqlarından olan Emma Şükürovanınçıxışı hər kəsi təsirləndirib, amma eyni zamanda qürurlandırdı:
– Anar yanvarın 20-də dünyaya gəlmişdi.13 yaşı olanda 20 Yanvar faciəsi baş verdi.O gündən ad gününü keçirməyə icazə vermədi.Ordudan tərxis olunsa da, Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə yollandı.Əlbəttə, şəhid anası kimi ürəyim yanır.Bir otağa çəkilib ürəyimi boşaldıram.Amma həm də qürur duyuram Böyük Zəfərdə mənim də balamın payı var.
Söz Şəhidin sinif yoldaşlarına verildi.Kövrək xatirələr yada düşdü.Qəhrəmanlığa doğru istiqamət almış bir şagirdin düşüncə və hərəkəti xatırlandı.
Tədbirə yekun nöqtəni qoymaq üçün yenidən Şəhidin müəllimi Təranə Hüseynovaya verildi.Təranə müəllimə Şəhidin anası Emma Şükürovanı səhnəyə dəvət edərək ,ona paylaşım etdiyi “ Mənim üçün yeni il Anar şəhid olan ildə 2020-ci ildə qaldı” şərhini vurğulayaraq , “ Emma müəllimə, gəlin bizlə birlikdə 2025-ci ilə keçid edək” deyərək tədbirə yekun vuruldu.
Tədbir bitdikdən sonra iştirakçılar Anar Şükürovun büstünü, xatirə muzeyini ziyarət etdilər.

Müstəqil.Az

Share: