Rəşad Nəbiyev Qara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak edib

Rəşad Nəbiyev Qara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak edib

Brüsseldə keçirilən “Global Gateway Forum 2025” çərçivəsində təşkil olunan Qara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak etdik.

Müstəqil.Az bildirir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün feysbuk səhifəsində məlumat verib.
O, paneldə Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi rolu, #nəqliyyat#rəqəmsallaşma sahəsində həyata keçirdiyi innovativ layihələr nəticəsində ölkəmizin Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumat dəhlizi, eləcə də #rəqəmsal körpü kimi formalaşması istiqamətində atılan addımlar barədə məlumat verdik.
İnfrastruktur sahəsində əldə etdiyimiz uğurların yalnız milli deyil, eyni zamanda regional davamlılığa xidmət etdiyini vurğuladıq. Bakı – Naxçıvan – Qars və Zəngəzur dəhlizlərinin bölgədə dayanıqlı və çevik nəqliyyat bağlantısının qurulması baxımından həyati əhəmiyyət daşıdığını qeyd etdik, deyə seysbuk səhifəsində qeyd edib.
Müstəqil.Az
Share: