Rusiya bu təşkilatı arzuolunmaz elan etdi

Rusiya bu təşkilatı arzuolunmaz elan etdi

Rusiya Baş Prokurorluğu Ümumdünya Vəhşi Təbiət Fondunu (WWF) arzuolunmaz təşkilat elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, təşkilat iqtisadi sahədə təhlükəsizliyə təhdid yaradan layihələr həyata keçirməkdə ittiham olunur.

Bildirilib ki, Dünya Vəhşi Təbiət Fondu bundan əvvəl “xarici agent” elan edilib.

Qeyd edək ki, Dünya Vəhşi Təbiət Fondu Rusiyada 1988-ci ildən fəaliyyət göstərir, fondun Rusiya nümayəndəliyi 1994-cü ildə açılıb.


Share: