Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 1010 rus hərbçisini öldürüb.
Müstəqil.Az “AzPolitika” -ya istinad edərək xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib.
Həmin siyahını təqdim edirik:
– Tank – 1 ədəd;
– Zirehli döyüş texnikası – 8 ədəd;
– Artilleriya sistemləri – 28 ədəd;
– PUA – 77 ədəd;
– Qanadlı raketlər – 1 ədəd;
– Hərbi nəqliyyat vasitələri – 85 ədəd.
Müstəqil.Az
















