Rəna Abdullayeva: – Ruhum yollandı sürgünə…

Rəna Abdullayeva: – Ruhum yollandı sürgünə…

Ruhum yollandı sürgünə…

Bir gün elə,bir gün belə…
Gah düşdüm günəşli günə ,
Gah qarışdım axan selə ,
Ruhum yollandı sürgünə…
.
Səhrada ünvan olmaz ki,
Susuz quyusu dolmaz ki,
Açmayan gülü solmaz ki,
Calasan da günü- günə.
.
Gecələrimin gözü nəm,
Yenə də göynəyir sinəm,
Quzehdə dolanan çənəm
Sıx sonra sər məni günə.
ÖZÜMLƏ
SÖHBƏT
Ürəyimi didib- tökən
o qədər sullar var ki !
Bilmirəm, hansını başa çəkim?
Hansının heç adını çəkmiyim ?
Hansını əkmiyim,
qoy, heç göyərməsin.
Qışqırım ,
bağırım?
– ya içimdə batırım,
qalsın ürəyimdə,
düyünlənsin yumruq kimi ,
tikanlı suallar, dərdli suallar.
İçimi yaralıyan,
Ürəyimi 💔paralıyan, yarısında saralan🍂,
yarısında göyərən 🌱
Qəlbimin tən ortasında🩸 göynəyən suallar…
Arzulara , nisgillərə
ünvanlanan suallar …
Ruhumu öldürüb
qırmızı qərənfil 🥀tək üstünə
sərdiyim, qatil suallar.☝️
Mənə qənim kəsildiniz!
Doğruların,
altında əzilən ,
Alnımın düyünündəki qırışlarda
çözülən ,
SUALLAR ,
Çıxın gedin,
Sizi ünvanlamağa nə bir ev var, nə qapı…
Zorlamayın məni.
Təkbaşına sizi özüm -özümə
verməkdən yoruldum , suallar,
mənə qənim suallar…
****
Xəyallarım köç edir,
Görəsən hara gedir,
İçində xatirələr,
Elə bil dara gedir.
.
Bir tale daşım oldu,
Alnıma yazılanlar,
Qəlbimdən də silindi,
Ağlıma qazılanlar.
.
Təbiətin hökmüdür,
Payız köçüb ,yaz gəlməz,
Ney qəmdən oxuyursa,
Kəs başını saz gəlməz.
.
Boş yüyrük kimi bir şey,
Bivaxt açan çiçəklər,
Bir zəif mehə bənddir,
Solub tökə ləçəklər.
.
Yalnız indi anladım,
Özümü qandırmışam.
Arzuların yelkənin,
Mən çoxdan yandırmışam…

 

 

Share: