Renat Dadaşov “Sürix”ə qol vurdu

Renat Dadaşov “Sürix”ə qol vurdu

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, komanda evdə “Sürix”lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Start heyətdə meydana çıxan Renat 76-cı dəqiqədə əvəzlənib. “Qrasshopper”in yeganə qolunu da 30-cu dəqiqədə penaltidən Dadaşov vurub. Bu, onun mövsümdə 5-ci qoludur.

Qeyd edək ki, “Qrasshopper” çempionatda 21 turdan sonra 24 xalla 7-ci sıradadır.

Share: