İspaniyanın “Real Madrid” klubu baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
Müstəqil.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ötən gün “kral klubu” İspaniya Superkubokunun finalında əzəli rəqibi “Barselona”ya 2:3 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra klub rəhbərliyi 44 yaşlı çalışdırıcı ilə yollarını ayırmaq qərarına gəlib.
Onu bu vəzifədə Alvaro Arbeloa əvəzləyib.
Klubun açıqlamasında Xabi Alonsonun hər zaman azarkeşlərin rəğbətini qazandığını bildirilib.
Mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib.
“Real Madrid” La Liqada XIX turdan sonra 45 xalla ikinci pillədə qərarlaşıb.






















