Rauf Vəliyev: “Səhərə qədər təzyiqim 200-dən aşağı düşməyib”

Rauf Vəliyev: “Səhərə qədər təzyiqim 200-dən aşağı düşməyib”

“Mən sex rəislərini qəbul edib onlara məsələni demişəm və tapşırdım ki, sizə xəbər versinlər. Amma görünür ki, sizə heç bir məlumat verməyiblər”.

Müstəqil.Az-a “DSD”İB-dən veilən xəbərə görə bu barədə “PostMedia” ya xəbər verib ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev “Bibiheybət Gəmi Təmiri Zavodu”nun etiraz edən işçiləri qarşısında çıxış edərkən deyib.

R.Vəliyevin sözlərinə görə, zavodun bağlanmasında söhbət getmir: “Burada məndən başqa sizə heç kim dürüst sözü deməyəcək. Sizinlə birinci gün görüşəndə dedim ki, lazım olsa bu həftə də, gələn həftə də gələcəm. Hətta lazım olsa gəlib burada sizinlə çiyin-çiyinə oturacam.

Qeyd etdim ki, bu işdə mən sizin yanınızdayam. Şayiələrə inanmayın”.

ASCO sədri əlavə edib ki, əməkdaşların il sonuna qədər maaş alması üçün işlər aparılır: “Siz də insansınız, mən də. Səhərə qədər mənim təzyiqim 200-dən aşağı düşməyib. Durub ordan qaçmışam bura. Mən sizinlə birinci gündən açıq danışdım ki, narahat olmayın. Qarşıdan Yeni il gəlir. Söhbət zavodun bağlanmağından getmir. Söhbət ondan gedir ki, sizin qazandığınız pul maaşınıza çatmır. Biz də ona görə çabalayırıq ki, necə edək ki, Yen il qabağı sizin maaşınızı verək. Çünki 12 ildə sizin maaşınız 1 gün də gecikməyib. Maaşınızın verilib-verilməyəcəyi sizin məsələ deyil, bizim məsələdir. Çalşırıq elə edək ki, siz bu çətinlikləri hiss etməyəsiniz”.

P.S. Bu barədə Müstəqil.Az olaraq “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin fikirlərini öyrəndik. Uzun illər AXDG QSC-nin XDND idarəsində çalışmış, hazırda DND də fəaliyyətini davam etdirən həmsöhbətimiz bizimlə söhbətində bildirdi ki,  ASCO rəhbərliyi heç vaxt bu qədər işçinin taleyi ilə oynamaz. Əgər zavodun qazandığı gəlir maaşlara çatmırsa, əlbəttə islahatlar ediləcək, deyən birlik sədri onu da əminliklə əlavə etdi ki,  hansısa ixtisarlar olsa belə, zavod və zavodun əməkdaşları başqa ünvanda fəaliyyətini davam etdirəcək. Böyük ənənəyə və təcrübəyə malik olan Zavodun köçürülməsi haqda isə söhbət bu günü söhbəti deyil. artıq bir ildir ki, zavodun ərazisində yeni tikililərin gedəcəyi, ölkədə turizmin inkişafı üçün mühüm addımların atılacağa və sairlər gündəmə gətirilirdi. Əlbəttə ilk günlər çətin olacaq və düşünürəm ki, bu hal heç ASCO üçün də asan başa gəlməyəcək. Zavodun işinin hardasa bərpa edilməsi, avadanlıqların daşınması və sexlərin, tərsanələrin quraşdırılması üçün kifayət qədər vəsaitə ehtiyac olacaq. F. Balabəyli onu da qeyd etdi ki, ASCO yarandığı bu 12 il müddətində mühüm islahaqtlar,

Фото yeniliklərə imza atıb, işçilərinin əmək haqlarının ölkədaxili bazar iqtisadiyyatına  uyğunlaşaraq qaldırılması müşahidə olunub. Rauf Vəliyevin idarə heyətinin sədri olduğu ASCO-da, insanların əməkhaqqısının Azərbaycanda fəaliyyət göstərən digər sturukturlarla müqayisədə qənaətbəxş olduğunu vurğulayan həmsöhbətimiz, dünya sularında fəaliyyət göstərən dənizçilik şirkətləri ilə müqayisədə Xəzər dənizçilərinin maaşlarının az olmasını da dilə gətirdi.

Ötgün 

Müstəqil.Az

Share: