Oskar mükafatlı yeni zelandiyalı aktyor, kinorejissor və musiqiçi Rassel Krou pərəstişkarlarını Türkiyəyə səfər etməyə çağırıb.
Hollivud ulduzu onu Türkiyəyə dəvət edən “Twitter” istifadəçisinə cavab verib.
“Türkiyəni çox sevirəm. Necə də sonsuz dərəcədə füsunkar və gözəl ölkədir. Əgər Türkiyədə heç vaxt olmamısınızsa, həqiqətən getməyi planlaşdırmalısınız”, – aktyor sosial şəbəkədə yazıb.
Onun tviti çox sayda bəyənmə toplayıb.
Qeyd edək ki, 58 yaşlı Rassel Krou 2001-ci ildə üç nominasiya üzrə “Oskar” mükafatı qazanıb.
O, başda “Qladiator” və “Nuh” kimi ekran əsərləri olmaqla, çoxsaylı filmlərilə tanınır.
I love Turkey so much. What an endlessly fascinating and beautiful country. If you have never been to Turkey, you really should make a plan to go. https://t.co/lbLVy6EHp9
— Russell Crowe (@russellcrowe) August 23, 2022
















