Rasif İMANOĞLUnun tam ciddi “yarızarfafat”larından

Rasif İMANOĞLUnun tam ciddi “yarızarfafat”larından
 (növbəti ONLUQLAR)
1.Əlifbamızdakı bəzi işarələri başa düşmədikləri üçün ləğv etdilər?
2.Kimi ovuc, kimi də kimlərinsə ovcuna qoymağa nəsə axtarır.
3.Ayaqüstə durduğunu göstərmə. Yıxmağa çalışacaqlar.
4.Dənizə baxmaqla dənizçi olmaq mümkün olsaydı, indi məndən yaxşı dənizçi yox idi.
5.Əsl dənizçi dənizə qalib gəlmək barədə yox, dənizdə qalmaq barədə fikirləşir. Dənizdə qala bilən elə qalib sayılır.
6.Əvvəllər həqiqətdən yuxarıda kimsə olmurdu, indi həqiqətdən aşağıda kimsə olmaq istəmir.
7.Rüşvət iştahanı da artırır?
8.Yaxşı danışan pis söz az eşidər.
9.Yenə evdə xanımın nazı ilə oynamağı başa düşürəm. İşdə də katibənin və ya katibədən betərlərin sözü ilə oturub-durmaq ayıb olmasa da, ağır deyil?
10.Pulu və imkanı olanlar niyə məhz ağlı çox olanları yıxmaq istəyirlər?
Rasif İMANOĞLU
14.01.2026

Share: