
(ONLUQLAR)
1.Qızıl olmayan çox şeyin, hətta xasiyyətin də korlanmaq ehtimalı var.
2.Təkcə buraxdığım səhvləri düzəltmək üçün mənə bir ömür lazımdır. Bəlkə bir az da çox.
3.Bir sözlə də ev yıxmaq olar. Baxır kimə və necə deyirsən.
4.Üzdə bir şey, arxada başqa şey deyənlər hansını daha tez unudurlar?
5.Başqalarının dərdinə biganə olduğumuz yerdə insanlıq ölür. Siz tərəfdə diridir ki?
6.Sən ayaq üstə dayanmağa çalışarkən ayaq üstə dayana bilməyənlərdən kimsə yerində oturacaq.
7.Sevinc əvvəllər yaxşı adamlarla yad kimi davranırdı, indi düşmən kimi.
8.Vannadan köməksiz çıxa bilməyənlər də dənizçilərə yol göstərirlər.
9.Ən böyük faciələr həqiqətə güləndə baş verir.
10.Öləndə də sevgidən öləsən.
Rasif İMANOĞLU
07.05.2025