Rasif İMANOĞLUnun növbəti tam ciddi olan yarızarafatları

Rasif İMANOĞLUnun növbəti tam ciddi olan yarızarafatları

ONLUQLAR

1.Satqınlar alətdirlər. Daha pisindən daha çox istifadə olunur.

2.Hər kəsdən “ekspert” çıxandan “ekspertlər”dən gözləmədiyimiz çox şeylər çıxır.

3.Qoltuğum qarpızla doludur. İstəyən var?

4.Əvvəllər ayıb sayılan şeylərlə indi fəxr edirlər. Ayıb deyil?

5.Cavanlığı mənim qocalığım qədər olmayanların qocalığı nə olar?

6.Başına papaq qoyan hər şeyə əyilməməlidir. Düşə bilər.

7.Mən seyid Əhmədə oxşayıram? Heç dostum Əhmədə də oxşamıram axı. İlan görəndə üstümə niyə qaçırlar?

8.Adam var, danışdığının yarısı yalan olur, adam var, çatdırmadığı üçün yalanlarının yarısını deyə bilir.ə9.Adamı badalaqla yıxmaq üçün ən yaxşı vaxt nə vaxtdır? Bir dərəcə artımı, bir mükafat, bir pillə irəliləmək üçün həmkarlarına badalaq vuranlar daha yaxşı bilərlər.

10.Tez-tez çaşanlar düzəlmək əvəzinə, alışırlar.

Rasif İMANOĞLU
19.12.2025
Share: