1.Külək əsməyən vaxtlarda hansı tərəfə yıxılmaq məsləhətdir?
2.Cəhənnəmdəki yerimi satıram. Orada dayı sözü keçmirsə, inanıram ki, ən pis yer mənim olmaz.
3.Çox adamın pulu çox ola, pulu çox olanların da adamlığı. Onda yəqin pulu heç olmayanlar da adam kimi yaşayar.
4.Mən yazdıqlarımı ondan daha yaxşı yazmaq mümkün olanda pozuram. Pozhapozdayam…
5.Kişi kimi söz verib, sözün üstündən kişiyə yaraşmayan formada qaçandan, söz verib, sözün üstündə kişi kimi dayanan xanım yaxşıdır.
6.Deyir ki, ağlına mən gəldim. Ömründə ağlına yaxşı fikir gəlməyən adamın yadına mən niyə düşüm?
7.Hər adamın öz bəxti olmalıdır, mənim bəxtimin isə öz adamları var. Sevindirdikləri arasında təkcə mən yoxam.
8.Axtarmaqla deyil ki… Qurum rəhbəri var, dediklərində hətta, həqiqətə oxşar nəsə tapmaq çətin məsələdir.
9.Deyirəm, bəlkə mənim adımı “boz kardinal”ın adamları siyahısına salsınlar? Siyahıdakıların hamısı adamı olduğunu danır. Siyahıda bir kişi olsun da… “Kişi”yə də pis təsir eləməsin. Yaşlı adamdır.
10.Yalanlarını istənilən qiymətə satanlar istənilən adamı hansı qiymətə satırlar?
Rasif İMANOĞLU
24.12.2025
















