Rafael Hüseynov VHP-dən istefa verib? – Partiyadan açıqlama

Rafael Hüseynov VHP-dən istefa verib? – Partiyadan açıqlama

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Milli Məclis sədrinin müavini, deputat Rafael Hüseynovun partiyadan istefa verməsi ilə bağlı məlumata aydınlıq gətirib. 

Partiyanın icra aparatının rəhbəri Samir Əsədli Qaynarinfo-ya açıqlamasında Rəfael Hüseynovun istefa verməsi ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
“Belə bir şey yoxdur. Rəfael bəy hec zaman partiyadan istefa verməz. Əgər belə bir şey olsa, biz hamıdan əvvəl bilərdik. Rafael bəyin həyat və siyasi təcrübəsi bu qərarı anlayışla qarşılamağa yol verir. O uzun illərdir partiyanın üzvüdür və keçdiyi yol bu qərara görə partiyadan getməyə imkan verməz”.
Qeyd edək ki, VHP Milli Məclis sədrinin müavini, deputat Rafael Hüseynova töhmət verilib. Buna səbəb onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsi olub. Yayılan məlumata əsasən, Rəfael Hüseynov bu qərarla razılaşmadığı üçün partiyadan istefa verəcək.
Bahar Rüstəmli
Share: