“Belə getsə amansılz qətli törədən məşhur biznesmeni doğrudan da anlaqsız elan edəcəklər”

Rəna Muradova
Bu sözləri Müstəqil.Az-a amansızlıqla qətlə yetirilən Bakı şəhər sakini Muradova İradə Oleq qızının bacısı Rəna Muradova deyib. Məlum cinayət işi üzrə zərəçəkmiş kimi tanınan Rəna xanım səsli -küylü qətl hadisəsinin istintağından narazı olduğunu dəfələrlə ictimailəşdirib.
O, KİV-də müntəzəm olaraq dərc olunan matreallardan məlum olduğu kimi, 2025-ci il avqustun 23-də məşhur biznesmen, “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi və kifayət qədər maddi imkana və geniş münasibətlərə malik olan Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi olan, bacısı Muradova İradə Oleq qızını xüsusi amansızlıqla qətlə yetirməsi ilə bağlı söhbətin də istintaqın gedişindən narazı qaldığını deyir:
Vəkil Rəşad Cəbrayılovla birlikdə istintaq işinin aparıldığı Yasamal rayon prokurorluğunda olduq. Ekspertizanın verdiyi rəydən narazı qaldığımız üçün verdiyimiz protestin cavabı ilə maraqlandıq. Müstəntiq Səyyad Abbasov məhkəmə tibbi-ekspertizanın bu dəfəki rəyinin də köhnəsi ilə eyni olduğunu dedi. Beləliklə məhkəmə tibbi-ekspertizanın verdiyi 3-cü rəydə də Emil Ağacanovun qətli törətdiyi zaman anlaqsız olduğu yazılır.
Əlbəttə, ola bilsin ki, təqsirləndirilən Emil Ağacanov qəbul etdiyi narkotik maddələrin təsirindən ağlı başında olmasın, amma bu onun heç də psixoloji cəhətdən qeyri sağlam olmasından xəbər vermir, ki onun ağır cinayətinin yüngülləşdirilməsinə əsas versin.

qəıtli törədən Emil Ağacanov
Xatırlatmaq yerinə düşər ki, İş üzrə zərəçəkmiş qismində tanınan Rəna xanım şiddət və amansızlıqla baş verən qətl hadisəsi ilə bağlı Respublikanın Vitse Prezidenti xanım Mehriban Əliyevaya, Respublikanın baş prokuroru Kamran Əliyevə, KİV-nə və digər inistansiyalara dəfələrlə müraciət etdiyini deyir.
Rəna xanım şikayət məktubunda onu da qeyd edir ki, Yasamal rayon Məhkəmə Tibbi Ekspertizasının verdiyi şübhəli ekspertiza rəyini əsas götürərək, amansız qətl hadisəsi haqda prokurorluq tərəfindən “amanlı” maddə ilə cinayət işi açılıb.

qətlə yetirilən İradə Muradova
Belə ki, qətli törədən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (ağırlaşdırıcı hallarsız adam öldürmə) ilə məsuliyyətə cəlb olunub, haqqında həbs qəti imkan tədbiri görülüb. Ekspertiza rəyində isə Emil Ağacanovun cinayət törətdiyi anda anlaqsız olduğu qeyd olunur.
Rına Muradova bizimlə söhbtində və yazılı müracitindəistintaqın birtərəfli aparılmasına özündə və yaxınlarında yaranan şübhəni belə əsaslanırır: Maraqlıdır, bu qədər böyük biznesi idarə edən, banklarla işləyən və şəxsi avtomobillərini idarə edən bir şəxs necə anlaqsız hesab oluna bilər? Əgər o, bu qədər aktiv sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, niyə özünə qarşı heç vaxt zərərli hərəkətlər etməyib, əksinə davamlı olaraq biznesini inkişaf etdirib?

İstintaqı aparan müstntiq niyə maraqlanmasın ki, Emil Ağacanov necə anlaqsız adam olub ki, ona sürücülük vəsiqəsi verilib, avtomobil idarə edib, hələ üstəlik silah saxlamaq, odlu silahdan istifadə etmək üçün icazəsi olub. O, tez-tez ovçuluqla məşğul olub.
Detektiv əsərin süjet xəttini özündə ehtiva edən amansız qətllə, onun istintaqı ilə vəkillər, zərərçəkmiş qismində tanınan Rəna xanım, anası Sevinc xanım və digər qohumlarının cavablarını gözlədiyi suallar çoxdur. Zərərçəkmiş kimi ntanınan Rəna xanım deyir ki, hələlik verilən suallara aydın cavab yoxdur, sorumlarımıza verilən cavablar isə qaneedici deyil. Qorxumuz ondandır ki, belə getsə Yasamal prokurorluğu bacımın qanını batıracaq.
Söz adrdı: Prokurorluğun istintaqı, Müstəqil.Az-ın araşdırması davam edir. Bizi izləyin
Müstəqil.Az
















