
Güclü qar Qəbələdə də müşahidə edilir.
-nın Şirvan bürosu xəbər verir ki, küləklə müşahidə olunan qar rayonun Qəmərvan, Laza, Duruca və digər dağətəyi kəndlərində daha intensiv yağır.
Ilkin məlumatlara əsasən bəzi kəndlərdə qarın hündürlüyü 20 santimetrdən artıqdır.
***
22.27
Azərbaycanın əksər bölgələrinə yağan güclü qar Şamaxının bəzi kəndlərində də müşahidə olunur.
-nin Şirvan bürosu xəbər verir ki, qar Şamaxının Zarad xeybəri, Səfalı, Ərçiman, Pirbəhli, Qızmeydan, Qəleybuğurd kəndlərində daha çox müşahidə olunub. Hazırda küləkli qar yağışı davam edir.
















