
Bu barədə Müstəqil Az “Seanews.az”-a istinadən xəbər verir.
“ABŞ-ın artan tarifləri ilə bağlı qlobal qeyri-müəyyənlik səngiməsə, bazarda da “hərarət” bir il ərzində ancaq aşağı düşəcək”, – “Veson Nautical” proqnozlaşdırır.
Cari ilin ilk üç ayının nəticələrinə əsasən, təkrar bazarda satışın həcmi də 2024-cü ilin üçüncü rübündəki yüksək hədlə müqayisədə azalır. Belə ki, beş yaşı olan “Capesize” quru yük gəmilərinin satışı 11%, “Panamax”-ların satışı 12%, “Supramax” və “Handysize” quru yük gəmilərinin satışı isə 9% azalıb.
“2024-cü ildə təkrar quru yük gəmiləri bazarında kəskin qiymət artımı baş verdi. Hazırda qiymətlər bir az aşağı düşsə də, 2026-cı ildə artma ehtimalı var”, – şirkət qeyd edir.
Müstəqil Az