Müstəqil.Az Şəhriyar del Geraninin “Qurbana və qurbanlara dair…” yazısını təqdim edir.
Qurbanov qardaşımızın son açıqlamalarına baxdım, biabırçılıq.
Qardaşımız adicə idman nəzakətini bilmir imiş, biabırçılıq.
Ən pisi, beş-on saata “Nyukasl”la oynayacaqlar, qardaşımız hələ beş-on gün qabaqdan məğlub olub “Nyukasl”a – Biabırçılıq.
Qurban insan, nöş belə edirsən? Axı milyonlarla azarkeş bu günə başqa intonasiyada yanaşır idi. Budur futbol əxlaqı? – Biabırçılıq.
Guya bütün dünya bilmirdi favorit “Nyukasl”dı?
Guya bu “həqiqəti” sənin dilindən eşitmək istəyirdik?
Ona qalsa, dünən “Yuventus” idi favorit. Amma Okan Buruk idman nəzakətini də, futbol əxlaqını da çox yaxşı bilir. Məsələn, o, Yuventusa heç bir müstəvidə uduzmadı. Sən isə “İmişli”ylə son oyundan sonra “başa düşdün”, sən demə, ölkədə stadioan yox imiş – Biabırçılıq.
Əlbəttə, ölkədə stadion olmaz day. Guya bilmirsən nöş yoxdur ölkədə stadion? – Biabırçılıq.
Deyirsən, oyunçularım zədələndi Qubada “İmişli”ylə oyunda. Sənin “oyunçuların” futbolçudu, bizimkilər “topdaşıyan”?
Biz çempionat başlayandan sənin bəyənmədiyin o meydanda oynayırıq. Əgər sənin üçün Azərbaycan futbolu vacib idisə, çoxdan etməliydin bu etirafı. Ki, ölkədə stadion yoxdur. Yoxsa, onsuz da hamı bilir, ölkədə stadion yoxdur, “Azersun holding” var. Biabırçılıq.
Çox yəqin hamımız “Qarabağ”a azarkeşlik edəcəyik bu gün. Amma, sadəcə azarkeşlik edəcəyik. Qarabağ və “Qarabağ” adına milyonlara yiyələnib camaatın qürurunu, ümidini, şəxsiyyətini, əzmini zədələməyəcik, azarkeşlik edəcəyik. Qarabağa getməyə pulumuz və portalımız yox, “Qarabağ”a baxmağa pulumuz və ümidimiz – Biabırçılıq.
…Və çoxlu, çoxlu, çoxlu sayda biabırçılıq…
mənbə:Kulis.az



















