“Qarabağ” futbolçuları “Napoli” ilə matçda cəsarətli oyun göstəriblər.
Müstəqil.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Napoli”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq. Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsarətli oyun göstərdilər”, – Q.Qurbanov söyləyib.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Müstəqil.az
















