Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan Gənclər Müstəqil Azərbaycan Konstitusiyasını və Ümummilli Lider Heydər Əliyevin irsini öyrəniradlı layihəçərçivəsində ilk maarifləndirici seminar Qobustan rayonunda təşkil olundu.

 Gənclərə Ümummilli Lider Heydər Əliyevin irsinin, dövlətçilik kursunun təbliği, memarı olduğu Müstəqil Azərbaycan Konstitusiyasının bölgə gəncləri arasında aşılanması, suverenliyimiz, konstitusion dəyərlərimiz və eləcədə Ölkə Prezidentinin monolit siyasətinin gəncləri arasında hərtərəfli yayılması nəzərdə tutan tədbir 30-a yaxın gəncin iştirakı ilə Qobustan Gənclər Evində keçirildi.

 Layihənin direktoru, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova Ulu Öndərin və şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla qeyd etdikdən sonra tədbirin məqsədi, gənclər üçün əhəmiyyətli olan mövzu haqqında məlumat verdi.

 Sonra Qobustan rayon gənclər və idman sektorunun müdiri Qadir Əkbərov təbrik çıxışı edərək, AR Gənclər Fondunun və ADTGT İctimai Birliyinin belə maarifləndirici tədbirlərindən birinin də Qobustan rayon gənclər üçün təşkilini yüksək qiymətləndirdi.

 AR Gənclər Fondunun əməkdaşı Nihad Həzizadə çıxış edərək, ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif geniş profilli tədbirlərin, o cümlədən, gənclərin iştirakı ilə maarifləndirici tədbirlərin təşkil olunduğu və bu əsnada AR Gənclər Fondunun müsabiqəsinin qalibi olan ADTGT Ictimai Birliyinin də bu layihəsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı və QHT-nin region gəncləri ilə iş sahəsində təcrübəsini bildirdi.

 Sonra layihənin eksperti, ADTGT İctimai Birliyinin sədri, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxış edərək, rayon gənclərinə Ulu Öndərin tarixi missiyası, onun Azərbaycanın inkişafı və tərəqqsində misilisiz xidmətləri, Müstəqil Azərbaycan Konstitusiyasının memarı və müəllifi olması, Azərbaycan dövlətçiliyini qoruyub saxlaması haqqında geniş və əhatəli bilgilər çatdırdı. Ümummilli Liderin dövlətçilik və suverenlik kursunun Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilməsini qeyd edən A.Əsgərli gənclərimizin də bu siyasəti bilməsin və yaymasını vacib adlandırdı.

 Seminar tədbir işirakçılarının sual cavabları, rəy və fikirləri ilə davam etdi və sonda belə tədbirlərin regionlarda requlyar təşkili arzu edildi.

Share: