Onunla ilk tanışlığım sosial şəbəkə üzərindən oldu. Təbii ki, paylaşdığı gözəl şeirləri və məzmunlustatusları diqqətimi cəlb etmişdi. Qarşıma çıxdıqcaoxuyurdum. Müntəzəm də izləyirdim. Heç bir paylaşımını qaçırmırdım. Çünki, oxuduqca böyük zövq verirdi mənə. Arada yazışırdıq da. Həmyerlimizolduğunu öyrəndiyimdə daxilimdə bir qürur hissiyarandı. Nədən onu bu qədər gec tanıdığımaheyifsiləndim. Nədən indiyədək onun yaradıcılığıhaqqında söz demədiyimə görə özümü qınadım da… Sonra Yazıçılar Birliyində düzənlənmiş yubileytədbirinə dəvət aldım. İş yoldaşlarının, tələbələrinin, dostlarının, tanışlarının, ədəbiyyatçıların, elmadamlarının onun haqqında söylədiklərindən, onaverdikləri dəyərdən nə qədər fərəhləndiyimi izah edəbilsəm…
Elə bu yaxınlarda onun doğulub boya-başa çatdığı Xaçmaz rayonunda keçirilmiş möhtəşəm yubiley tədbirində söylənmiş fikirlər… Yazıçılar Birliyinin sədri, sevimli xalq yazıçımız Anarın onun həm istedadlı şair, məhsuldar yazıçı, fədakar alim, görkəmli elm fədaisi olması ilə yanaşı həm də, intizamlı bir işçi, hörmətli əməkdaş, yorulmaz ədəbiyyat adamı, kollektivin sevimli üzvü olması barədə fikirləri onun yaşadığı illərini son dərəcə məhsuldar, yaddaqalan etdiyinin daha bir göstəricisi idi. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısıhörmətli Elnur Rzayevin və digər çıxışçıların buçəlimsiz, zərif vücudlu, incə ruhlu, xanım – xatınşəxsiyyətin həyat və yaradıcılığının çoxlarınaqaranlıq qalan tərəflərini sevə-sevə, böyük həvəslətəhlil etmələri onun haqqında təəssüratımı daha dazənginləşdirdi və həm də bir yazar kimi vicdanborcumu mənə xatırlatdı…
Beləliklə, mən də bacardığım qədər bu fədakar xanımın, dupduru gözləri, dərin müşahidə qabiliyyətinə malik mənalı baxışları, hər zaman qarşısındakına söz deyəcək kimi təsəvvür yaradan üz ifadəsi, sakit duruşu ilə diqqətimi cəlb edən bu əziz insanın zəngin mədəni və mənəvi irsinə işıq salmaq fikrindəyəm. Buna nə dərəcədə nail olacağımıbilmədən belə…
Firuzə Məmmədli…
İnternetdən axtarışlar da etdim, Vikipediyaya da baş vurdum. O qədər dolu və məhsuldar bir həyatyolu keçib ki… On cildlik “Seçilmiş əsərləri”nə, indiyədək çapdan çıxmış 50-dək müxtəlif janrlarda –şeir, hekayə, monoqrafiya, elmi məqalə, tədqiqatəsəri, araşdırma, tərcümə, publisistik və s.yazılmışkitablarına…daha nələrə, nələrə nəzər salanda onunelmimiz, təhsilimiz, ədəbiyyatımız və gələcəknəsillər üçün etdiklərinin nəinki bir məqalə, heçkitaba da sığmayacağından tam əmin oldum. Vəhəqiqətən bu cür kitaba da ehtiyac duyulduğunuvurğulamaq istəyirəm. Qismətsə inşallah.
Firuzə xanımın tərcümeyi-halını, keçdiyi həyat yolunu, aldığı təltifləri, elmə verdiyi töhfələri öyrəndikcə düzü həm heyran qaldım, həm də təəccüb hissi keçirdim. Bu xanım 15 yaşında ikənÜmumittifaq Kənd Təsərrüfatı NailiyyətləriSərgisinin bürünc medalına layiq görülüb. Fikirləşirəm ki, orta məktəb illərində sovxoza məhsulyığımına cəlb edilərdik. Həmin ərəfədə göstərdiyizəhmətkeşliyinə görə ola bilər. Özü də təsdiqləyib əlavə etdi ki, əla oxuduğum və məktəbyanı tədris-təcübə sahəsində yetişdirdiyim yeni alma növünə görə təltif olundum. Bağçılıq sahəsini seçsəydi çox təcrübəli aqronom, həm də alim olardı çox güman ki. Ondan dörd il sonra orta məktəbi yüksək qiymətlərlə bitirdiyinə görə gümüş medal qazanıb. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o zamankı adı APİ) dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra, 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən türkdilli xalqların şeir müsabiqəsində birincilik qazanaraq qalib kimi “Əlişir Nəvai” mükafatının sahibi olub.“Rəsul Rza”, “Nəsimi”, “Qızıl kəlmə” mükafatları da onun şeirlərinin firuzə qaşı kimi hər zaman dəyərini artırmaqdadır. 2012-ci ildə Azərbaycan RespublikasıPrezidenti cənab İlham Əliyevin sərəncamı ilə“Tərəqqi‘ medalı, 2021-ci ildə lll dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Prezident təqaüdçüsü olub. Sadaladıqca bitib-tükənməz bir uğur yolçuluğu. Vəbu nailiyyətləri ömrünün illərinə, aylarına, günlərinə, bəlkə dəqiqələrinə bölsək yüksüz, çəkisiz təqvimtapmaq olmaz. Əlbəttə, mən yalnız mükafatlarınordenlərlə, medallarla, diplomlarla, fəxri fərmanlarlaehtiva edilən tərəfini düşünmürəm. Bunun insanresursları tərəfi də var. Firuzə xanım düz 50 il bir zamanlar tələbəsi olduğu Azərbaycan DövlətPedaqoji Universitetində müəllim işləyib, 1990-cı ildə “Yusif Vəzir Çəmənzəminlinin tarixiromanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiəedərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Dilçilik kafedrasının dosenti olub. Dilçilikdən, ədəbiyyatdan dərs deyib tələbələrinə– gələcəyinmüəllimlərinə. Yəni, təcrübəli və istedadlı müəllimgənc müəllimlər yetişdirib. Özü də tükənməz birsevgi ilə, böyük bir şövqlə, məsuliyyət hissi ilə, peşəkarcasına. Həm də tələbkar, qətiyyətli, ciddi, güzəştsiz bir pedaqoq. Əslində öncədən sadaladığımödüllər ikincilərin yanında çox sönük görünür. Məhzona görə də, Firuzə xanımın yaşadığı həyatın hər anıböyük anlam daşıyır. Orada boş yer, mənasız bir anyoxdu. Dərin müşahidə qabiliyyətinə malikdir. Təxəyyülü güclüdür. Səbirlidir, inadkardır, məqsədinə doğru irəlilədiyi yoldan kimsə sapındırabilməz onu, fikrindən yayındırmaq mümkünsüz birşey. 78 il bundan öncə birinci sinfə gedərkən əlinəqələm tutub hərfləri yazmağı, tanımağı öyrənməyəbaşladığı gündən ta bu ana qədər oxuyur, mütaliəedir, öyrənir, tətbiq edir. Elm aləminə yeni-yenitöhfələr verir. Onlarla elmi məqaləsi, monoqrafiyası, tədqiqat əsəri, bədii sənət nümunəsi xalqımızınmədəni irsinə verilən ən qiymətli töhfələrdir.
Firuzə Məmmədlinin tərcümələri də bir ayrı yazının mövzusudur. Türk, rus, özbək, tacık, fars dillərindən tərcümə etdiyi şeir nümunələri oxucular tərəfindən maraqla qarşılanır. Hər tərcümə əsəri barədə ayrıca danışsaq uzun bir siyahı alınar. Bundan başqa, onun əsərlərinə xarici ölkələrdə də maraq çoxdu. Onun müxtəlif janrlarda yazdığı əsərləri, ənçox da şeirləri ingilis, rus, özbək, türkmən, gürcü, ukrayna, polyak, fransız, türk, fars dillərinə tərcümə olunmuşdur. Türkiyədə və İranda kitabları dərc olunub. Türkiyədə bir şeirinə musiqi də bəstələnib.
Firuzə xanımın yaradıcılığının ən mühüm qollarından biri də şeirlə bağlıdır. 1963-cü ildə Xaçmaz rayonunda çıxan “Dostluq” qəzetində çap olunmuş “Ay həkim”şeiri ilə ədəbi fəaliyyətə başlayan Firuzə xanım bu günədək qələmi əlindən yerə qoymayıb. Düz on il sonra-1973-cü ildə ilkşeirlər kitabı “Gümüşü damla” çapdan çıxıb. Dahasonra demək olar hər il, iki ildən bir yeni şeirkitabları ilə oxucuların görüşünə gəlib. Bu yazıdaonun “A dostlar, a tanışlar” adlı bircə şeirini verirəm.Təbii ki, hər sətri, hər bəndi 85 illik kamil bir ömrünanlarını xatırladan bu cür şeirləri yüzlərlədir.Və busay bu gün də artmaqda davam edir. Çünki firuzəgözlü Firuzə xanımın ilham çeşməsi bulaq kimiçağlamaqdadır.
Firuzə xanım vətənpərvər, qəlbi vətən sevdasıyladolu bir ziyalımızdır. Hələ 1965-ci ildə o, tələbə ikənBütöv Azərbaycan uğrunda tələbə hərəkatına qoşulubvə bu yolda dönməzliyini, iradə və əzmini, mübarizliyini odlu-alovlu çıxışlarında sərgiləyib.Azərbaycanı Bütöv görmək, o taylı bu taylısoydaşlarımızla yenidən eyni bayraq altında birləşibxoşbəxt yaşamaq onu bir ziyalı kimi həmişədüşündürüb və bu arzusuna qovuşmaq üçün həmişəbir əsgər kimi hazır olub.
Əzizimiz, sevimlimiz, dəyərlimiz, qiymətlimizFiruzə xanım, Sizi ömrünüzə yazılacaq növbətiillərdə daha da sağlıqlı, məhsuldar, fədai, şeirimizinbayraqdarı bir xanım kimi görmək diləklərimlə…
A dostlar, a tanışlar
Uzaq sanırdım elə, yaxın bilib gəlmişəm,
İçimdə bardaş quran səbrə gülüb gəlmişəm.
Gözümdə – həsrət yaşı… sözlə silib gəlmişəm,
Sizə doğru gəlmişəm, a dostlar, a tanışlar.
Bəlkə də səhv etmişəm, düz etmişəm, bəlkə də,
Bildim-bilmədim, elə söz etmişəm, bəlkə də.
Barışmağı-küsməyi tez etmişəm, bəlkə də,–
Oğrun-oğrun gəlmişəm, a dostlar, a tanışlar.
Həm mənimmiş, həm sizin, öz izim deyiləmmiş,
El-oba məzəmməti, xoş üzü deyiləmmiş.
Bu nə yeriş, bu nə nitq?! Mən özüm deyiləmmiş,
Yaman yorğun gəlmişəm, a dostlar, a tanışlar.
Aylar, illər arxada, fikrim, hissim dolaşıq,
Oğrun baxışınızda – gəlişimə yol açıq.
Demirəm ki, gəlirəm, qarşılayın, qol açın,
Şaxta, çovğun gəlmişəm, a dostlar, a tanışlar.
Bir az ömür soyuğu, bir az möhnət soyuğu,
İradə yoxluğunda – bir az töhmət soyuğu.
Məni çovğun elədi bir də şöhrət soyuğu,
Solub, solğun gəlmişəm, a dostlar, a tanışlar.
Əntiqə Qonaq,
Əməkdar jurnalist
















