Qazaxıstanın “Kazmortransflot” şirkəti tərəfindən icarəyə götürülmüş “Matilda” tankeri Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) obyekti yaxınlığında PUA hücumuna məruz qalıb.
Müstəqil.Az “Dənizçilərə Sosial Dəstək” İctimaii Birliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın “KazMunayGas” neft-qaz şirkətinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yanvarın bir neçə gün qabaq baş verib. “Matilda” gəmisi “Kazmortransflot” tərəfindən icarəyə götürülüb. Tankerin yanvarın 18-də Xəzər Boru Kəməri Konsorsiumunun terminalında Qazaxıstan neftini yükləməsi planlaşdırılırdı. Amma ayın 13-də tankerə PUA hücumu edilib. Hücum nəticəsində partlayış baş versə də, yanğın qeydə alınmayıb.
Müstəqil.Az






















