Qaralama kampaniyaları və həqiqət: Mübariz Mənsimov faktoru – Faiq BALABƏYLİ yazdı

Qaralama kampaniyaları və həqiqət: Mübariz Mənsimov faktoru – Faiq BALABƏYLİ yazdı

Son bir neçə gündür ki, ölkə KİV-ində tanınmış iş adamı, xeyriyyəçi və vətənpərvər azərbaycanlı Mübariz Mənsimov haqqında xoşagəlməz söz-söhbət “gəzir”, cəmiyyətə yanlış mesajlar ötürən yazılar tirajlanır, adama çamur atmaqdan belə usanmırlar …Təəssüflənməmək olmur.

Bu yazılarda onun adı Vətənə xəyanətdə suçlanan Ramiz Mehdiyevlə yanaşı çəkilir, guya hansısa maraqların bu iki şəxsi birləşdirdiyi iddia olunur. Hətta bu kontekstdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin də adını  hallandırmaqdan çəkinmirlər. Sonuncu ilə bağlı şeyxin qardaşı, milli məckisin üzvü Hacı Cavanşirin bir ifadəsindən də arqument olaraq istifadə edirlər. Onun, ola bilsin ki, şeyxin Ramiz Mehtiyevlə  hər hansı bir münasibəti olub, deməsi və sair. Burada nə var ki?        Söhbət Prezident Administrasiyasının Aparat rəhbərindən gedir, hansısa MİS-nin xırda işçisindən yox. O, Ramiz Mehtiyevdən ki, ifşa olunana qədər hər bir məmur dəstəmaz alıb onun ətəyində namaz qılmağa hazır idi. Bu qocanın özünəməxsus bom boz siyasəti o qədeər təhlükəli idi ki, hər kəs onun dövrəsində fır-fıra kimi fırlanırdı, onu hakimiyyətin əsas qüvvəsi hesab edirdi.

Polad Həşimov gəmisi”nin şəkli yayıldı - FOTO | Hafta.azPolad Həşimov gəmisi”nin şəkli yayıldı - FOTOLAR | Modern.az

Bunlar aydındır, qaranlıq qalan oldur ki, bütün bunların ölkə xaricində çalışan, Azərbaycana sevgisindən başqa heç nə ilə ilə diqqətçəkməyən bir iş adamına nə dəxli? Mübariz Mənsimovu Ramiz Mehtiyevlə həm də ona görə bağlamağa cəhd edirlər ki, gəmiçilik fəaliyyətinə Rusiyadan aldığı gəmi ilə başlayıb və sahibi olduğu gəmilərin sayını 100-ə çatdırıb. Rusiya neftinin Qara dənizdə 75 faizini daşıyıb. Sevinməyək? Qürur duymayaq? Axı Azərbaycanın son 3 əsrə yaxın taleyi Rusiya ilə bağlı olub, onun boyunduruğu altında çabalayıb, imperiyanın tərkibində olub. Rusiyada minlərlə adam təhsil alıb, iş qurub, hərbi xidmətdə olub, onların da Vətənə xəyanəti olan admlarla bağlı olduğunu iddia edək?
Siz Allah, arqumentlərin zəifliyinə, iyrəncliyinə fikir verin.
Milli Qəhrəman Mübariz İbrahimov'un adını daşıyan gəmi - Palmali Group Of Companies

Bir qədər də səbrli olub məsələnin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, ortaya atılan iddialar nə faktlara, nə də məntiqə söykənir. Şeyxülislamın Mübariz Mənsimovun mərhum atasının üç mərasimində iştirak etməsi, ona qarşı isti və səmimi münasibət göstərməsi Azərbaycan cəmiyyətində tamamilə normal, insani və mənəvi dəyərlərə uyğun davranışdır. Bu cür halların süni şəkildə siyasiləşdirilməsi və qaralama mövzusuna çevrilməsi isə niyyətlərin xeyirli olmadığını göstərir. Şeyxin R. Mehtiyevlə hər hansı bir “doğmalığı” varsa, bunun iş adamı olan, uğurlarına və sərvətinə, Azərbaycan sevgisinə, azərbaycanlıların ölkədən kənarda işlə təmin olunmasına görə tanınan, sevilən və hörmət edilən birinin mənəvi təzyiqlərə məruz qoulmasına hansı əsası verir? Mən bilmirəm, bilənlər desin…
Mübariz Mənsimov bu günə qədər öz fəaliyyəti ilə Azərbaycan adını dünya miqyasında tanıtmış, gəmilərinə şəhidlərimizin və tanınmış azərbaycanlıların adını verərək Vətən sevgisini dünya sularında dalğalandırmış bir şəxsdir. Belə bir insana münasibət şübhə və ittiham yox, obyektivlik və hörmət üzərində qurulmalıdır. Necə ki, içlərində az da olsa təmizlik hissi olanlar bunu məhz elə belə də xarakterizə edir.
Mən bir vətəndaş olaraq belə hallardan əndişələnir və təssüfləndiyimi ürək ağrısı ilə  bildirirəm. Ramiz Mehtiyev faktoru doğurdan da qəzəb və ikrahedici hisslərlə əhatələnir. Bir ölkənin ən ali kürsülərindən birində oturasan və ölkəyə, səni bataqlıqdan çıxaran bir rəhbərin varisinə, ölkə başçısına xəyanət edəsən, bu heç cürə bağışlanan hal deyil. Heç bir amnistiya bu dönüklüyə şamil oluna bilməz. Acınacaqlı hal odur ki, kimisə sıradan çıxarmaq, nüfuzdan salmaq üçün qara şalvara ağ yamaq kimi bunu sırımaq olmaz. Amma son günlərin yazıları taçmam başqa ab havadın ilhamlanır.

Görünən odur ki, bu yazılar təsadüfi deyil. Uzun illər kölgədə qalmağa alışmış, cəmiyyətə real faydası olmayan, lakin müxtəlif yollarla mövqelərini qorumağa çalışan dairələr Mübariz Mənsimov kimi müstəqil, güclü və nüfuzlu bir şəxsin mövcudluğundan narahatdırlar. Onun əgər deyilənlər qədər varsa Şeyxülislamla olan münasibətini də bu çərçivədə hədəfə çevirmək, əslində, həm Mübariz Mənsimova, həm də dini-mənəvi institutlara qarşı aparılan məqsədli hücumun tərkib hissəsidir.

Mübariz Mənsimov yeni tankerini suya buraxdı

Mənsimovun Azərbaycana bağlılığı, xeyriyyəçilik fəaliyyəti, dövlətinə və millətinə xidmət edən layihələri rüşvət və korrupsiya ilə ad çıxarmış, lakin adları belə cəmiyyət üçün maraqlı olmayan şəxsləri ciddi şəkildə narahat edir, düşüncəsi məni tərk etmir. Bu narahatlıq isə nəticə etibarilə qarayaxma kampaniyaları ilə müşayiət olunur. Həm də ölkəmizdə kifayət qədər müsbət nüfuzu olmayan, lakin səlahiyyət sahibi olmaları ilə az qala Allahlıq iddiasında olanların 90 faizinin Ramiz Mehtiyevin kadrı, siyasi və iqtisadi törəməsi olanların bir-bir vurulub aradan çıxarıldığı bir məqamda onlardan deyil, qazandığı pulların müəyyən hissəsini ölkəmizin təbliği, təşviqi sahəsinə xərcləyən birisindən bəhs etmək, suçlamaq hansı dürüstlükdən xəbər verir?

Nəticə olaraq demək olar ki, bu cür yazıların arxasında Azərbaycanlıların dünya miqyasında uğur qazanmasını, halal zəhmətlə böyük sərvətlər əldə etməsini və öz ölkəsinin vətəndaşı kimi firavan yaşamasını istəyən şəxsi həzm edə bilməyən qüvvələr dayanır. Cəmiyyət isə bu cür manipulyativ məlumatlara yox, faktlara, real xidmətlərə və milli maraqlara söykənən mövqeyə üstünlük verməlidir. Elə verir də…

 

Share: