
07.03.2025-ci il tarixində Qaradağ Gənclər evinin direktoru Leyla Məmmədova və əməkdaşları Nəriman Həsənzadənin qonağı oldular. Bu görüş, ədəbiyyat və incəsənətə olan sevgini bir daha vurğuladı. Şairin sözləri ilə ruhlanaraq, gənclərimizə ilham vermək və onların yaradıcılıq dünyasını daha da zənginləşdirmək məqsədini daşıyan bu tədbir xüsusi əhəmiyyət kəsb edir. Leyla Məmmədova və əməkdaşları, gənclərin inkişafı və mədəniyyətin təbliği istiqamətində böyük əməklər sərf edirlər. Bu tip görüşlər, gənclərə yeni perspektivlər qazandırır və onları müsbət yöndə təşviq edir.