Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi matçında “Qəbələ” “Qarabağ”ı qəbul edib.
Oyunun taleyini bir qol həll edib.
Filip Ozobiçin 58-ci dəqiqədə vurduğu qol Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb – 1:0.
Son oyun isə “Sabah”la “Kəpəz” arasında baş tutacaq.
Daha öncə “Zirə” “Şamaxı”ya, “Səbail” “Sumqayıt”a eyni hesabla (1:0) qalib gəlib. “Neftçi”nin “Turan Tovuz”la ev oyununda isə qapılara qol vurulmayıb.
Misli Premyer Liqası
IX tur
9 oktyabr
“Qəbələ” – “Qarabağ” 0:1
Qol: F.Ozobiç, 58.
Qırmızı vərəqə: İ.Qırtımov, 43.
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 17:00.
















