Neftçalada “Qərbi Azərbaycan irsi” təqdim olundu…

Neftçalada “Qərbi Azərbaycan irsi” təqdim olundu…

Neftçala rayonunda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Müstəqil.Az xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin-qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Bir 2 nəfər, platforma və bunu deyən yazı "YL. CEN" şəkili ola bilər
Bir 8 nəfər və kostyum şəkili ola bilər
Bir 2 nəfər, platforma və mətn şəkili ola bilər
Təqdimat mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı,
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Günay Ağamalı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, sosiologiya üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan ərazilərinin maddi-mədəni irsi ilə bağlı nəşr edilən kitabların müəllifi Əfqan Vəliyev, tənqidçi, publisist, Filologiya üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, AMEA Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Qərbi Azərbaycan İcmasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hacı Hüsnü Həsənov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar və rayon ərazisində məskunlaşan qərbi azərbaycanlı ailələrin təmsilçiləri iştirak ediblər.
Müstəqil.Az
Share: