
Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin Kremldə danışıqları başa çatıb.
-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Görüş beş saatdan çox davam edib.
Gündəliyə həm ikitərəfli, həm də beynəlxalq mövzular daxil edilib.
Putin və Rəisi Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti də müzakirə ediblər.
***
07.12.2023
Saat 18:57
Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında görüş başlayıb.
-nın Moskva müxbiri xəbər verir ki, Putin-Rəisi danışıqları Kremldə keçirilir.
Prezidentlər əvvəl təkbətək görüşüblər. Daha sonra isə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.















