47-ci Ad Günü
4 oktyabr Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Anar Akif oğlu Kərimovun doğum günüdür. Yaşasaydı, bu gün doğmalarının, ailəsinin və sevdiklərinin əhatəsində 47 yaşını qeyd edəcəkdi.
Anar Kərimov hərbi xidməti dövründə savadı, mərdliyi, intizamı və öz peşəsinə olan dərin sədaqəti ilə seçilən zabitlərimizdən olmuşdur. O, Vətənə, torpağa və xidmətinə vicdanla sarılaraq əsl hərbçi ömrü yaşamış, ətrafındakıların və silahdaşlarının böyük hörmətini qazanmışdır.
Erkən vida etdiyi bu ömürdə qoyub getdiyi şərəfli ad, xoş xatirələr və Vətən qarşısındakı xidmətləri onu tanıyanların, əzizlərinin qəlbində həmişə yaşayacaqdır.
Bu əlamətdar gündə polkovnik-leytenant Anar Kərimovun əziz xatirəsini dərin ehtiramla yad edirik.
Məkanı cənnət, ruhu şad olsun!
Zöhrə Kərimova






















