DƏNİZÇİ GÜNÜNÜZ MÜBARƏK! BİR KÖHNƏ DƏNİZÇİ.. Dənizçi şair Faiq BALABƏYLİNİN şeiridir. Yazır:
Yaşayır sakitcə, səssiz-
səmirsız
Bır köhnə dənizçi,
bır köhnə gəmi.
Yaşayır hamıdan gizli, xəbərsiz…
Yaddan çıxıbdılar köhnələn kımı.
Köhnə dənizçinin taleyi belə…
Köhnə gəmininsə
lövbəri paslı.
(Dənizə çıxmağa ümidin hələ
Başa çıxmayıbmı, ürəyi yaslı?)
Ay, suyun içində bir qurtum suya
Təşnə dodağını gəmirən, kişi.
Nə səndə əvvəlki cavanlıq qalıb,
Nə də ki gəmilik gəmidən, kişi,
Köhnə köynəyin tək cavanlığını
Əynindən çıxarıb
atmısan, axı.
Qolunu lövbər tək yanına salıb
Köhnə gəmin kimi
batmısan, axı.
Üzün sahildəki qayalar kimi
Bir bax, çopur-çopur,
şırım-şırımdı.
Ləpələr əlini çəkib üzünə
şırımlar yumuşalıb,
hamarlaşıbdı.
Sən köhnə adamsan,
köhnə gəmində
Köhnə günlərini
yada salırsan.
Su da tapmayacam,
duram söndürəm
Sən niyə dənizi oda
Salırsan?
Şeirin Təhlili:
Dəniz…
Könüllərin sultanı…
Dəniz– xəyalların ümmanı…
Dəniz — ayrılıqların şahidi…
Dəniz– sevinclərin ünvanı…
Dəniz– Günəşin ən yaxın həmdəmi, insanların sevgi pıçıltılarının hayanı!
Bu şeirsə, bir köhnə dənizçinin hekayəsi.
Köhnə dənizçinin yeni hekayəsi…
Şeir onu oxuyan, duyan hər kəsə nostalji hisslər yaşadır, onu gəncliyinə qaytarır.
Dəniz– dənizçilərin , gəmiçilərin ömür-gün yoldaşıdır. Bənzətmədəki, təşbehdəki mükəmməlliyə baxın:
Üzün sahildəki qayalar kimi
Bir bax, çopur-çopur, şırım-şırımdır.
Dənizin köhnə gəmiçiyə verdiyi mükafat budurmu?Yox, ləpələr əlini çəkib üzünə, Şırımlar yumşalıb hamarlaşıbdır.
Yaşayır hamıdan gizli, xəbərsiz…
Yox, gizli deyillər, yaddan da çıxmayıblar…
Çətin bir peşəni seçmək–dənizi ram etməyi bacarmaq hünərdir. Dənizin sərt üzünü görmək, fırtınasına tab gətirmək dözüm istər. Dəniz ona dözənləri sevər!
Dənizçilər günüdür bu gün .
Peşə bayramınız mübarək olsun, Dəniz insanları…
Köhnə adamın köhnə gəmisinin
köhnə günləri…
Acılı -şirinli xatirələrinin şahidi Dəniz…Dəniz…
Dəniz…
Dənizin sərt dalğaları və dərin suları arasında hərəkət edən həyatınız gözəlliklərlə çətinliklərə sinə gərsin.
Sizə sağlıqlı, bərəkətli ömür və yaradıcılıq uğurları diləyirəm, dəyərlimiz Faiq Balabəyli!
Sevil Azadqızı
















