
ABŞ Müdafiə Nazirliyi hələ də Konqresə Pentaqonun niyə yanvar ayında Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi barədə ictimaiyyəti və səlahiyyətliləri dərhal məlumatlandırmadığını izah edən hesabat göndərməyib.
-nın məlumatına görə, bunu nazirliyin mətbuat katibinin müavini Sabrina Sinq keçirdiyi növbəti brifinqdə deyib.
“Hesabat hələ C göndərilməyib. Hesab edirəm ki, hesabatın məxfi versiyası Konqresə və ya müvafiq komitələrə göndəriləcək, lakin hazırda o, ötürülməyib”, – Sinq müxbirin sualına cavabında deyib.
Müdafiə naziri Ostin yanvarın 1-i axşam xəstəxanaya yerləşdirilib və yanvarın 2-də onun bəzi vəzifələri müavini Ketlin Hiksə verilib.















