Paytaxtda üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsi yaradılacaq

Paytaxtda üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsi yaradılacaq

Paytaxtda üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsi yaradılacaq

Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.

-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Baş Planda 2040-cı ilədək aşağıdakılar nəzərdə tutulur:

Parklar, idman məkanları və buna bənzər mərkəzi ərazilər arasında avtomobil yolları boyu velosiped zolaqlarının çatışmayan hissələrinin tamamlanması:

• üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsinin yaradılması;

• funksional və əlçatan velosiped şəbəkəsinin yaradılması (müxtəlif istifadəçi qrupları üçün cəlbedici olan);

• avtomobil yolları boyu uzanan velosiped zolaqlarının uzunluğunun/sayının artırılması (velosipedçilərin məlumatlandırılması).

Mümkün yerlərdə avtomobil yolları boyu uzanan velosiped zolaqlarının genişləndirilməsi:

• turizm və istirahət məqsədli velosiped nəqliyyatı imkanlarının genişləndirilməsi;

• şəbəkə uzunluğunun artırılması (istifadəçilər üçün daha əlçatan və daha cəlbedici). Yeni şəhər inkişafında velosiped yollarının planlaşdırılmasının tətbiqi:

• velosiped infrastrukturunun maksimal adaptasiyasının təmin edilməsi;

• velosiped infrastrukturu şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi;

• velosiped infrastrukturu baxımından əlverişli imkanlara malik yeni inkişaf əraziləri vasitəsilə dördüncü dairəvi şəbəkənin yaradılması.

Velosiped nəqliyyatı şəbəkəsinin göstəriciləri

2019-cu il

2027-ci il

2040-cı il

Velosiped zolaqların ümumi uzunluğu

6,0 km

74,5 km

(100%)

285,0 km

(382%)

Şəhərin yeni inkişaf əraziləri daxilindəki zolaqların uzunluğu

36,3 km

(100%)

203,2 km

(560%)

Rekreasiya və piyada yolu ərazilərindən keçən şəbəkənin uzunluğu

3,3 km

29,4 km

(100%)

57,2 km

(195%)

Avtomobil yolları boyu velosiped zolaqlarının uzunluğu

2,7 km

8,9 km

(100%)

24,6 km

(276%)

Share: