Paşinyan Vatikanda Azərbaycanla sülhdən danışdı

Paşinyan Vatikanda Azərbaycanla sülhdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Vatikanın dövlət katibi, kardinal Pyetro Parolinlə görüşüb.

Müstəqil.Az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazir aparatı məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Bundan əlavə, söhbət zamanı humanitar məsələlərin həlli və regionda sabitliyin qorunması istiqamətində addımların əhəmiyyəti vurğulanıb.

Paşinyan və Parolin həmçinin Ermənistan hökuməti ilə Müqəddəs Taxt-Tac arasında mövcud dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Müstəqil.Az

mənbə: Pressklub

Share: