Yeniyetmə cüdoçularımız Teplis Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar

Yeniyetmə cüdoçularımız Teplis Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

Cüdo Federasiyasındın Oxu.Az-a verilən məlumata görə, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

İdmançılar turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Turnirin ikinci günündə isə oğlanların yarışında 73 kq çəkidə Süleyman Şükürov, 81 kq çəkidə Aslan Kotsoyev və +90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandanın aktivinə 3 qızıl medal yazdırıblar. 81 kq çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.

73 kq çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. 90 kq çəkidə mübarizə aparan Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.

Share: