Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 40 830-a yaxın canlı qüvvəsini itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 763 tank, 4 004 zirehli döyüş maşını, 916 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 190 helikopter, 735 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 902 avtomobil texnikası və avtosistern, 80 xüsusi texnikadan ibarətdir.

Share: