Goranboyda dəm qazından vəfat edən Elşad Süleymanovun iş yoldaşı hadisənin necə baş verməsi barədə danışıb..
Belə ki, traktor sürücüsü olan Elşad Süleymanov kirayə qaldığı evdə dəm qazından boğularaq ölüb. O, Goranboya Bakıdan işləmək üçün gedibmiş.
Mərhumun iş yoldaşı Adil Bəndiyev axşam saatlarında bir yerdə olduqlarını bildirib:
“Yemək yedikdən sonra, hamama çimməyə getdi. Dedim ki, hamam soyuqdur. Amma sözə baxmadı. Mən də televizora baxarkən yuxulamışam. Səhər ayılanda gördüm ki, çarpayısı boşdur, hamamın işığı isə yanılıdır. Qapını qırdım, gördüm ki, keçinib”.
Daha ətraflı Baku TV-nin süjetində:
09:36
Goranboyda “Azəriqaz”ın əməkdaşı dəm qazından boğularaq ölüb.
APA xəbər verir ki, Tapqaraqoyunlu kəndində yaşayan, “Azəriqaz”ın Tikinti Departamentində traktor sürücüsü kimi çalışan Elşad Süleymanov evinin hamam otağında dəm qazından boğularaq ölüb.
Araşdırma aparılır.
















