Osimhen Ərəbistan klubu ilə anlaşıb

Osimhen Ərəbistan klubu ilə anlaşıb

Osimhen Ərəbistan klubu ilə anlaşıb

Hazırda icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhenin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, nigeriyalı forvard “Əl-Hilal”a transfer olmağa çox yaxındır.

Artıq Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu ilə şifahi razılığa gəlib. Tərəflər arasında 3 illik müqavilənin imzalanması gözlənilir.

“Əl-Hilal” bu transferi Klublararası Dünya Çempionatının ilk turunda “Real Madrid”lə qarşılaşacaqları oyundan əvvəl yekunlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 41 rəsmi oyunda 37 qol vurub, 8 məhsuldar ötürmə verib.

Share: