Ordumuzun silahlarının 60 faizi… – Zelenski

Ordumuzun silahlarının 60 faizi… – Zelenski

Ukrayna ordusunun istifadə etdiyi silahların təxminən 60%-i yerli istehsaldır və iki ay əvvəl qoyduğu hədəfi artıq keçib.

Müstəqil.Az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Bu müharibə dövründə Ukrayna elə bir mərhələyə çatıb ki, əsgərlərimizin əlində olan silahların, yəni bizdəki silahların təxminən 60%-i Ukrayna istehsalıdır. Hətta bunlar çox inkişaf etmiş xüsusiyyətlərə malik güclü silahlardır”, – Zelenski vurğulayıb.

Zelenski, həmçinin Danimarka ilə birgə silah istehsalı layihəsininin də olduğunu qeyd edib.

Ləman Cavadova

Share: