Opera Studiyasında anşlaq…

Opera Studiyasında anşlaq…

Dünən, aprel ayının 27-d Bakı Opera studiyasında  tanınmış teatr xadimi, jurnalist və akttirisa Lalə xanım Əliyeva-Klıçkovanın səhnələşdirdiyi, əsasən rusdilli tamaşıçılar üçün nəzərdə tutulan “Баку: сквозь вселенную” tamaşasının təqdimatı olub.

Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və kütlə şəkili ola bilər

Bir 6 nəfər şəkili ola bilər
Müstəqil.Az bildirir ki, bu barədə tanınmış qələm adamı, şair, esseist, tərcüməçi Təranə Məmməd özünün  feysbuk sosial şəbəkəsindəki divarında yazıb. O, Lalə Əliyeva-Kiçikovadan bəhs edərkən qeyd edib ki, “Bu adla yalnız dünən tanış olduğuma görə çox təəssüfləndim, çünki istedadlı jurnalist, teatr xadimi və aktrisa peşələrinin daşıyıcısı olan bu insan həqiqətən tanınmağa və xüsusi təqdimata layiqdir. Lalə xanımın rus dilində səhnələşdirdiyi və Bakı Opera studiyasında tamaşaçılara təqdim etdiyi “Баку: сквозь вселенную”adlı qeyri-adi tamaşa zalda anşlaq yaratmağı bacardı”- deyən tanınmış qələm adamı tamaşada  tanınmış yazıçı Meyxoş Abdullahın hekayəsinin tamaşaya xüsusi rəng qatdığını qeyd edib:
“Mövzusu və aktyor oyunu ilə çox fərqlənən tamaşada əsl sevginin nə olduğunu təsdiq edən Meyxoş Abdullahın “Altıncı mərtəbə”adlı qısa hekayəsinin istifadə edilməsi və məhz bu səhnənin tamaşaçılarda xüsusi hiss yaratmasını izlədikdə qürurla qəhərlənməmək mümkün deyildi.
Bir 2 nəfər şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bu möhtəşəm hadisəyə şahid olduğum üçün çox məmnunam.
Hörmətli Meyxoş müəllimi əldə edilmiş uğurla təbrik edir və “İki stul” teatrının kollektivinə təşəkkür edirəm”.
PS:
Müstəqil. Az olaraq biz də L.Əliyeva-Kiçikovanı və istedadlı yazıçı Meyxoş Abdullahı təbrik edirik və xüsusi ilə qeyd edirik ki,  M. Abdullahın  “Altıncı mərtəbə” adlı hekayəsini rus dilinə məhz Təranə xanım Məmməd tərcümə etmişdir.
Faiq Balabəyli
Share: