On manat – Aləmzər SADIQQIZININ hekayə.ai..

On manat – Aləmzər SADIQQIZININ hekayə.ai..

Ərinin yepyekə diplomu vardı…Mühəndis olsa da əlindən hər iş gəlirdi…Həm him qazırdı, həm divar hörürdü, həm hasar çəkirdi… Bircə könül tikə bilmirdi…

Ancaq hər gün beş on nəfər çəbhəçi demirdi, Türkiyə keçidindən qaytarılan “arvadlar”demirdi yığıb gətirirdi evə. Yazıq Mələk də iki körpə ilə bilmirdi qışa hazırlıq görsün, mürəbbə bişirsin, kampot bağlasın ,(bilirdi qişda da bu adamlar hər gün qapını döymədən gələcəklər… Çünki əri də onlarla gəlib onlarla gedirdi… )
Bir gün Türkiyədən gələn əri qapını döymədən yanında bir kişi ilə içəri girdi… Mələyin gözü kəlləsinə çıxdı… Siyasətdən bir şey qazanmayan əri illərdi ki, pul qazanmaq uçün illərdi Türkiyədə həm mühəndislik həm fəhləlik edirdi …Ancaq nə edirdisə Mələk anasının, qardaşlarının hesabına birtəhər başını hərləyirdi… Əri xeyirxahlıqda mələklərə daş çıxarardı…Qazancı onda bunda idi…
Nəsə yenə qapı acıldı və dolu çantalar içəri daxil oldu…Maraqlı idi ki, hər şeydən iki dənə idi. Cantaları bir küncə yığmağıdan bəlli oldu ki, əli dolu gələn qonaqdı. Mələk yemək içmək gətirdi qonaqla əri yeyib onun sağlığına badə qaldırdılar. Mələk söhbət əsnasında soruşdu ki, qardaşın iki ailəsi var? Əri gülə-gulə dedi ki, hardan bildin? Arada içəndə gülməyi vardı. Mələk də müşahidələrini dilə gətirib arada onu sancmağı unutmadı…
-Bəs sən niyə heç nə almamısan !? Millət iki iki alıb…( Öz sualına özunü də gülmək tutdu.. guya indiyəcən əlində bir kq kartof alıb evə gəlmişdi)
Qonaq yatdı səhər veşlərini də götürüb rayona evlərinə getdi. Daha birinci hansı evə gedəcəkdi onu Mələk bilmədi… Axşam əri qazancını ilk dəfə gətirib ona verdi xeyli pul idi…Mələk sevindi ki, bu pul onu xeyli borcdan və qayğıdan qurtarar. Bircə gün çəkdi bu xoşbəxtlik. Əri acıqlı bir tövr ilə “gətir görüm o pulları lazimdı”- dedi. Bu acıqlı tövr Mələk cınqırını çıxarmasın deyə … Güclə soruşdu niyəsini … Demə o gün gələn fəhləsi yəni iki arvadlı kişinin maşını xarab olub bundan borc istəyib…Ə tövbə əgər o borc qayıdacaqsa. Gətirib kor-peşman pulları verdi… Gücü çatmadı deyə ki, qonşunun marketindən götürdüyü nisyə ərzaqların pulunu bəs nə ilə verəcək?
Fəhlə olasan belə fərasətin ola…Öz puluna iki evə ərzaq alasan mühəndisinin pulunu da alasan ki, iki arvad arasında gedib gəlmək uçün maşınını təmir edəsən(arvadlar ayrı-ayrı rayonlardan idi) Ürəyindən keçənlər ürəyini yesə də deyə bilmədi ki, axı bu adamın balası ölüm ayağında deyil, qəzaya düşməyib bu nəyin xeyirxahlığıdı belə?
Sabah açıldı…Evə çörək filan almaq lazımdı…Neyləsin əri evdə olmayanda gedib nisyə alırdı bəs əri evdə ola-ola başına haranın külünü töksün? Bir də nə görsə yaxşı dı əri zibil verdrəsini eşələyib ordan çəkib atdığı siqaretin kötüyünü axtarır… Sonra da :- get Samirədən bir on manat al gətir mənə- dedi…həm də elə acıqla ki, Mələyin matı-qutu qurudu…
Share: