“Həməşəra” mətbu orqanının 10 illik yubileyi ərəfəsində “Mustaqil.az” portalı üçün
Bu yol sadəcə bir mətbuat orqanının illəri deyil, qələmlərin alnında yanan işığın, həqiqətə sədaqətin, sözə olan məhəbbətin yoludur.
“Həməşəra”mətbu orqanının yaranıb ərsəyə gəlməsi, bu günkü geniş fəaliyyəti onun yaradıcısı fəlsəfə üzrə fəlsəfə doktoru, bu mətbu orqanın baş redaktoru, AJB və AYB-nin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin geniş, gərgin fəaliyyətinin bəhrəsidir.
“Həməşəra” bu on ildə oxucusunun səsinə çevrilib, səmimiyyətin aynası, düşüncələrin nəfəslik yeri olub. On il demək zəhmət deməkdir, onun hər bir sətrində dürüstlük, hər bir xəbərində məsuliyyət dayanıb.
Bu yubiley sizə layiq olan bir zirvədir. Bu zirvə qoy sizə böyük uğurların, daha geniş oxucu sevgisinin başlanğıcı olsun!
Bu illər sadəcə bir tarix deyil. Bu illər ərzində “Həməşəra” cəmiyyətin yaddaşına həkk olunan sətirlər yazdı, insanın sözə ehtiyacı olduğu anlarda ona yol göstərən bir çıraq oldu.
Bu on il həm də bir məktəbdir. Bu məktəbin müəllimi qələm, dərsi həqiqət, auditoriyası isə xalqın özüdür. Bu illər ərzində informasiya yükünü daşıyan, hər bir xəbəri məsuliyyətlə təqdim edən, cəmiyyətdə maarifçilik ziyası yayan bir mərhələnin adına çevrilmişdir.
“Həməşəra” on il ərzində :
– Oxucunun inamını qazandı;
– Sözə dəyər verdi;
– Hər bir mövzunu vicdanla işlədi;
– Mətbuatın nüfuzunu qorumağa xidmət etdi;
– Mədəniyyətə, ədəbiyyata və elmə gündəlik, həyata xidmət etdi;
– Sözə şərəf qatdı;
– Həqiqəti qorudu;
– Qələm adamlarının səsinə çevrilib onların fikirlərini geniş auditoriyaya çatdırdı.
Bu illər “Həməşəra”nın tarix kitabının qızıl səhifələridir. Bu səhifələrdə zəhmətlə yanaşı dürüst yanaşma var, səhərdən gecəyə qədər davam edən yaradıcılıq istisi var.
On il bir zirvədir, amma yolun sonu deyil. Bu zirvə İlqar İsmayılzadə başda olmaqla daha böyük yüksəlişlərin başlanğıcıdır. Bu gün bu mətbu orqanı artıq bir məktəbdir, peşəkarlıq məktəbi, söz məktəbi, mədəniyyət və maarifçilik məktəbi sayılır.
“Həməşəra” cəmiyyətdə sağlam fikir daşıyan hər bir sətrində insanların həyatına işıq salır. Bu işıq hələ bir çox qəlbləri isidəcək, çox düşüncələri oyadacaq, çox gənclərə yol göstərəcək.
İlk yaranan gündən “Həməşəra”nın daha yüksək, daha böyük inkişafına töhvələr vermiş İlqar İsmayılzadə onun dayağı, sözün və peşəkarlığın sadiq keşikçisi olmuşdur. Onun bu mətbu orqanındakı fəaliyyəti sadəcə bir iş deyil, illərlə formalaşan bir məktəb, bir üslub, bir məsuliyyət nümunəsidir.
İlqar müəllimin “Həməşəra”dakı rolu bir neçə istiqamətdə xüsusilə seçilir:
1. Peşəkarlığın mərkəzi;
O, hər bir yazıya, hər bir məsələyə dərin analtik düşüncə ilə yanaşıb. Professional redaktə, obyektiv mövqe və dəqiqliyi qorumaq onun əsas prinsipinə çevrilib.
2. Mətbuat etikasının qoruyucusu;
İlqar İsmayılzadə mətbuat etikasını qoruyan şəxsiyyətlərdəndir. Hər xəbərin məsuliyyətini daşımaq, faktı yazıdan üstün tutmaq, məlumatı düzgün təqdim etmək onun iş stilinin ayrılmaz hissəsidir.
3. Redaksiya həyatının enerjisi;
O kollektiv işinə dinamizm qatıb, həmkarlarına motivasiya verib, yaradıcı mühitin formalaşmasında əsas fiqurlardan biri olub. Onun varlığı reaksiya atmosferinə ciddiliklə yanaşı, isti əməkdaşlıq ruhu da bəxş edib.
4. Sözə sevgi və oxucuya hörmət;
Hər bir yazıda oxucunun duyğusunu, ehtiyacını nəzərə almaq İlqar müəllimin işinin əsas istiqamətlərindəndir. Onun hazırladığı yazılar, təqdim etdiyi analizlər təkcə məlumat vermir, düşündürür və istiqamət göstərir.
5. “Həməşəra”nın inkişafında strateji rol.
Onun böyük fəaliyyəti bu mətbu orqanın bu günkü nüfuzlu yerinə gəlməsində həlledici olub. Planlı yanaşma, düzgün seçimlər və peşəkar tövsiyələr “Həməşəra”nın inkişaf xəritəsini formalaşdırıb.
Nəticə olaraq: İlqar İsmayılzadə “Həməşəra” mətbu orqanının sadəcə rəhbəri deyil, onun dayağı, onun səsi, ruhu və peşəkarlıq simvoludur. Onun əməyində səmimiyyət, işində məsuliyyət, sözündə dərinlik var.
“Həməşəra”nın uğur salnaməsində İlqar müəllimin imzası xüsusi hörmətlə seçilir. Bu mətbu orqanın bu gün qazandığı etibarın, oxucu sevgisinin və nüfuzun arxasında İlqar müəllimin görünən-görünməyən zəhməti dayanır.
Onun bu mətbu orqanına verdiyi dəyər beş cümlə ilə deyil, beş kitabla ölçüləcək qədər böyükdür. Onun rolu illərlə deyil, nəsillərlə ölçüləcək bir dəyərdir.
“Həməşəra”nın salnaməsi yazılarkən İlqar İsmayılzadə adı mütləq xüsusi hörmətlə çəkiləcək. Onun bu mətbu orqana töhfələri uzun illər boyu yaddaşlarda qalacaq dəyərli bir xidmət kimi yaşamaqdadır.
Ehtiram Sevənli
“Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı,
yazıçı-publisist, şair
01.12.2025
















